Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Səudiyyə Ərəbistanı Çinlə yaxınlaşır - 10 milyard dollarlıq neft müqaviləsi!

Tarix 23.02.19, 11:58

Font ölçüsü : - / +
bitmap-img6


Pakistan və Hindistana səfəridən sonra Səudiyyə Ərəbistanı taxt-tacının varisi, şahzadə Məhəmməd bin Salman Pekində Çin prezidenti Si Tsinpinqlə görüşüb. İki ölkə arasında 10 milyard dollarlıq neft anlaşması əldə olunub. Bu barədə “Reuters” agentliyi xəbər yayıb.

Çinin Səudiyyədəki səfiri Li Huaxin ilə Çin səddində olan şahzadənin Asiyada xüsusi çəkisi olan ölkələrə səfəri diqqətlə izlənilir. Bir çox analitiklər qeyd edir ki, Səudiyyə Ərəbistanı Asiya ölkələri ilə münasibətləri dərinləşdirmək fikrindədir.

Məhəmməd bin Salman bəyan edib ki, qədim dövrlərdə Çinlə ərəblər arasında ciddi ticarət əlaqələri olub və biz heç vaxt Çinlə hər hansı bir problem yaşamamışıq.

Siyasi analitiklər qeyd edir ki, Çin də Yaxın Şərqin açar ölkəsi olan Səudiyyə Ərəbistanı ilə ticarət əlaqələrini gücləndirməkdə maraqlıdır. Şahzadənin hazırladığı “Səudiyyə Ərəbistanı 2030” layihəsində də Çin xüsusi yer almaq fikrindədir.

Çin baş nazirinin birinci müavini Han Zheng şahzadəyə təklif edib ki, iki ölkə arasında enerji, infrastruktur tikililəri, maliyyə və yüksək texnologiya sahəsində birgə işlər görmək olar.

Səudiyyənin ən nəhəng şirkəti olan “Aramco” 10 milyard dollarlıq anlaşmanın detallarından danışıb, tikintisi nəzərdə tutulan neft-kimya komplekslərinin hər iki ölkəyə verəcəyi xeyri vurğulayıb.

Səudiyyə Ərəbistanı ilə Çin arasında digər sahələrlə bağlı da 35 sənəd imzalanıb. İki ölkə arasında terrora qarşı birgə mübarizə ilə bağlı da anlaşma əldə olunub.

“Xinhua” agentliyi bildirib ki, şahzadə Çinin xarici ölkələrin rəsmi Pekinin daxili işlərinə qarışmasına qarşı çıxmasını müdafiə edib. Bildirib ki, bir ölkənin təhlükəsizliyi üçün bu, çox önəmlidir.

O da vurğulanır ki, Camal Qaşıqçı olayından sonra Qərblə anlaşmada ciddi çətinliklərlə üzləşən şahzadə Məhəmməd bin Salman Asiyada özünə yeni müttəfiqlər axtarır.

Musavat.com



Xəbərin oxunma sayı : 352




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap