Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Səudiyyə Ərəbistanı polisi işsiz qalıb - daha küçədə insanları saxlayıb qamçılaya bilmirlər

Tarix 15.01.22, 22:26

Font ölçüsü : - / +
bitmap-img6


Səudiyyə Ərəbistanında hamıya dəhşət saçan, qadınları və kişiləri ticarət mərkəzlərindən qovan, bir-birilə söhbət edən qarşı cinslərin nümayəndələrini təhqir edən polislərin bədnam şöhrəti hər kəsə məlumdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, indi həmin polislər son illərdə bəzi sosial məhdudiyyətlərin, xüsusilə qadınlarla bağlı bir sıra qadağaların götürülməsindən şikayətçidirlər.

“Mənim yasaqladığım hər şeyə indi icazə verilir, ona görə də işdən çıxdım”,-deyə polislərdən biri AFP agentliyinə danışıb.

Qeyd etmək lazımdır ki, Səudiyyə Krallığında ictimai əxlaqı qoruyan məmurlar Fəziləti Təbliğ Etmək və Çirkinliklərə Qarşı Mübarizə Komissiyasına (qısa adı Mütəvva) tabedirlər. Onların əsas vəzifəsi ölkədə İslam əxlaqının qorumasına nəzarət etməkdən ibarətdir.

Qanun bu polislərə narkotiklərin qeyri-qanuni dövriyyəsi və qaçaqmalçılıqla mübarizədən tutmuş sosial davranışlara nəzarətə qədər hər cür səlahiyyəti verir.

Lakin 2016-cı ildən bu yana neftlə zəngin ölkədə bir sıra yasaqlar artıq götürülüb. Indi qadınlara maşın sürməyə, idman yarışlarını izləməyə, həyat yoldaşları ilə bilrikdə konsertlərə getməyə, himayəçi olmadan pasport almalarına icazə verilir.

“Əvvəllər Səudiyyə Ərəbistanında ən avtoritetli orqan Mütəvva sayılırdı, indi isə Baş əyləncələr idarasi daha əhəmiyyətli hesab olunur”,-deyə polis zabiti sarkazmla qeyd edib.

Polisin bu istehzasına əsas səbəb ötən il Səudiyyə Ərəbistanında avtomobil yarışlarının qran-prisinin keçirilməsi və burada Kanadanın pop ulduzu Castin Biberin çıxış etməsi olub.

Səudiyyəli yazıçı Səud əl-Katib “Mütəvva”nın hakimiyyətinin azaldılmasını mühüm və radikal dəyişiklik saydığını bildirib.

Agentliyin danışdırdığı, Ər-Riyad küçələrində sakitcə siqaretini çəkən Lama adlı qadın da həmin polislərə görə “göz yaşı tökmədiyini” deyib. “Bir neçə il bundan öncəyə qədər bütün bunları ağlımıza gətirə bilməzdik. Bizi sadəcə ağacla döyürdülər”,-deyə o, bildirib.



Xəbərin oxunma sayı : 853




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap