Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Səudiyyə Ərəbistanı Yəməndə iflasa uğrayır: Şiə husilərin inamlı müqaviməti sünni koalisiyasını çaşdırıb - TƏHLİL

Tarix 23.04.17, 22:53

Font ölçüsü : - / +
bitmap-img6


Amerika fantastı Frenk Herbert özünün məşhur “Qum təpəsi” saqasında Arrakis planetinin köklü sakinləri frimenləri (ingiliscə: azad insan-tərc.) bədəvi ərəblərin əsasında təsvir edib. İndi internetdə təkcə bədəviləri deyil, tamamilə gerçək ərəbləri – husiləri frimenlər adlandırırlar. 

Doğrusu, hazırda Yəməndə baş verənlər “Qum təpəsi”ndəki hadisələrə olduqca oxşayır. Və hətta frimenlərin düşməni – iblisanə Harkonnenlər Evi husiləri məhv etməyə çalışan tamamilə gerçək Səudlar Evini son dərəcə xatırladır. Ancaq, bax, nəcib Atrideslər roluna heç kim iddialı deyil, ümumiyyətlə dünyamız alicənablığın kəskin qıtlığına məruz qalıb.


Amerika-Səudiyyə “demokratiyası”

Əhalisi sıx, yoxsul, demək olar, neft və qazdan məhrum Yəmənin tarixi haqda da saqa yazmaq olar. Özü də dedikcə kədərli. Ölkəni süni şəkildə şəkilləndirib, sonra süni şəkildə bölüblər, sonra süni şəkildə birləşdiriblər – bütün bunlar əcnəbilərin qatılması ilə son dərəcə qanlı vətəndaş müharibələri yoluyla baş verib. Ölkə daha da viranə qalıb, münaqişələr insanların şüurundan keçib.

2011-2012-ci illərdə növbəti vətəndaş müharibəsi ərəb baharı çərçivəsində baş verdi və tamamilə aşkar şəkildə Vaşinqtonun tam razılığı ilə Ər-Riyad tərəfindən törədildi. Mötədil avtoritar və tam Qərbyönlü prezident Abdulla Saleh yetərincə demokratik olmadığı bəhanəsilə devrildi və onun dönəmində baş nazirin birinci müavini vəzifəsini tutmuş Mənsur əl-Hadi ilə əvəz olundu (o, səudlara daha çox xoş gəlirdi). Hadi 98%-lik səslə tamamilə demokratik nəticə ilə ölkənin yeni prezidenti də “seçildi”.

Demokratiyanın bu qədər özünəməxsus variantı əhalinin çox önəmli qismini qane etmədi ki, bu da yeni vətəndaş müharibəsinin başlanmasına səbəb oldu.

Keçmiş Yəmən Ərəb Respublikasının (YƏR – Şimali Yəmən) Saleh tərəfdarlarından (o cümlədən Yəmən SQ-nin sıralarından) və husilərdən (yerli şiələrdən) koalisiyası formalaşdı. Bu koalisiya 2015-ci ilin əvvəlində Sənanı (əvvəlki YƏR-in, indi isə bütün Yəmənin paytaxtını), sonra isə çox tezliklə keçmiş YƏR-in bütün ərazisini nəzarətə götürdü. Ölkədə koalisiya hökuməti qurmaq cəhdləri iflasa uğradı, bundan sonra husilər və salehçilər keçmiş Cənubi Yəmən və yaxud yeri gəlmişkən, SSRİ-nin ən yaxın müttəfiqlərindən biri Yəmən Xalq Demokratik Respublikasının (YXDR) ərazisinə hücuma başladılar. Hadi Yəmənin baş limanı və YXDR-in keçmiş payataxtı Ədənə qaçdı, lakin husilər artıq martda şəhərə hücuma keçdilər. Bundan sonra Səudiyyə Ərəbistanı başda olmaqla, bir qrup ölkə martın 25-dən 26-a keçən gecə Yəmənə müdaxiləyə başladı.

Ər-Riyad və müttəfiqlərinin fəaliyyəti sırf hüquqi planda, guya, qanuni idi. Çünki görüntüdə Yəmənin qanuni hökumətinin (həmin 98%-in) xahişi ilə başlamışdı. Tarixi planda amerikalıların 60-cı illərin əvvəlində Vyetnamdakı fəaliyyəti və sovet qoşunlarının 1979-cu ilin dekabrında Əfqanıstana girməyinə tam oxşarlıq göz qabağındadır. Və oxşarlıqlar təkcə münaqişənin “düyünlənməsində” deyil, həm də (müdaxiləçilər üçün nəticələr baxımından) davamında alınır.


Təcavüzkarlar koalisiyası uğursuzluğa düçar olur


Yəmən silahlı qüvvələri olduqca arxaik, amma dedikcə böyük idi. Eyni zamanda onun xeyli çoxsaylı briqadaları (50-dən çox) ümumi komandanlıq altında formal birləşən tayfa ordularını təmsil edirdi. Husilər və salehçilər Sənanı tutduqdan sonra münaqişə tərəfləri arasında haradasa yarıbayarı bölündülər, lakin husilərin motivləşməsi xeyli dərəcədə yüksəkdir, buna görə də yeni ərazilər tutmaqla getdikcə daha müvəffəqiyyətlə vuruşurdular. Səudiyyə Ərəbistanından savayı BƏƏ, Küveyt, Qətər, Bəhreyn, İordaniya, Misir, Sudan, Mərakeşin daxil olduğu koalisiyanın müdaxiləsinə ABŞ, Pakistan, bir sıra digər ölkələr dəstək verdi, qüvvələr nisbəti son dərəcə dəyişdi. Hadi tərəfdarlarına quru kontingentini yalnız Səudiyyə Ərəbistanı və BƏƏ göndərsə də, qalan ölkələr aviasiya və yaxud (sahili mühasirəyə almaq üçün) donanma təklif etdi. Koalisiyanın husilər üzərində kəmiyyət və keyfiyyət üstünlüyü o qədər böyük oldu ki, bunu konkret rəqəmlərlə təsvir etmək praktik olaraq mümkün deyil. Yaxşı məlum olduğu kimi, Ərəbistan monarxiyaları ən yeni silahlara (birinci növbədə Amerikanınkına) qeyri-məhdud kəmiyyətə yaxın pullarına heç vaxt heyfsilənməyiblər. Bununla belə, husilər kənardan ya ümumiyyətlə yardım almır, ya da (İrandan ) sırf rəmzi kömək alırlar. İki ildən sonra yekunlaşmaqdan aşkarcasına xeyli uzaq olan müharibənin sonrakı gedişatı sarsıdıcıdır.

Qüvvələr nisbətindən çıxış etməklə Ərəbistan koalisiyası qüvvələri Yəmənin bütün ərazisini ən yuxarısı bir-iki aya (yəni 2015-ci ilin yayına doğru) nəzarətə götürməliydi. Həm də bu cür variant sanki husilər üçün də məntiqli idi: onların partizan fəaliyyətinə keçidi düşmənin əzəmətli üstünlüyünü tarazlayardı (tarix o cümlədən Vyetnam və Əfqanıstanda bu cür bir yığın nümunələr tanıyır). Lakin xeyr, husilərə heç bir partizanlıq gərək olmadı. Onlar düşmənin arxa cəbhəsinə müntəzəm reydlər keçirir, Səudiyyə Ərəbistanının cənubi-qərb rayonlarına yetərincə tez-tez yürüş edirlər, lakin bu cür reydlər klassik müharibənin normal tərkib hissəsidir. Husilər və salehçilər də ağır yerüstü texnikadan istifadə və əraziyə daimi nəzarətlə artıq iki ildən çoxdur məhz bu cür sırf klassik müharibə aparırlar. Bu müharibənin ən sarsıdıcı tərəfi məhz bundadır. Göründüyü üzrə, husilər dünya tarixində bu gün Yəməndəki kimi qüvvələrin qeyri-bərabərliyində nəinki tamamilə darmadağın olunub, həm də, demək olar, əraziləri əldən verməyib.

Koalisiya husiləri təkcə Ədəndən və ölkənin mərkəzi və bir neçə cənubi-qərb rayonlarından “sıxışıdırb”. Hazırda tərəflərin nəzarət etdiyi ərazilərin tərtibi keçmiş (bəlkə, gələcək?) YƏR və YXDR-a çox yaxındır. Və bu, həm də bu halda baş verir ki, husilər və salehçilər müharibənin ilk günündə aviasiyanın biriklənmiş aviasiya zərbələri ilə məhv edilmiş HHQ və HDQ-dən məhrum olublar. Lakin taktiki raketlər, birinci növbədə sovet “Toçka”ları HHQ-nin əvəzləyicisi olub. Husilər onun vasitəsilə Səudiyyə Ərəbistanının hərbi obyektlərinə o qədər təsirli bir neçə zərbə endirib ki, “Toçka”ya həsr olunmuş mahnı yaradıblar. İran istehsallı və yaxud R-17 sovet raketilə isə bu yaxınlarda Ər-Riyadın civarını atəşə tutublar. Donanması olmayan husilər dənizdə də döyüşməyin yolunu tapıblar. Onlar Çin istehsallı (və yaxud İran surəti) GƏR-lə (gəmi əleyhinə raket-tərc.) BƏƏ SQ HSV-2 katamaranına qaçılmaz zədə vurub, teleidarəli partlayan katerlə isə Səudiyyənin “Mədinə” freqatını zədələyiblər.

Koalisiya (Hadinin tərəfində vuruşanYəmən qoşunları daxil olmaqla) bu gün dönməz şəkildə, ən azı, 40 tank (o cümlədən Səudiyyənin 5 “Ambarms”ını), 8 ASDM, 40 PDM, 60 ənənəvi ZDM, 160 zirehli avtomobil, 5 döyüş təyyarəsi, 2 və ya 3 zərbə helikopteri (Səudiyyə “Apaçi”ləri) və 1 zərbə PUA-ı itirib.

Görünür, gerçək itkilər xeyli çoxdur, zədələnmiş maşınlarıın sayını, həmçinin insan itkisinin həcmini ümumiyyətlə müəyyən etmək mümkünsüzdür. Əlbəttə, husilər və salehçilər də xeyli insan və texnika itkisi veriblər. Bununla belə, düşmənin havada mütləq üstünlüyü şəraitində zirehli texnika və artilleriyanı uğurla işlətməyi davam etdirirlər.


Terrorçular baş qaldırırlar


Qeyd etmək laızmdır ki, Yəmənin (həmişə Hadiyə, sonralar isə koalisiyaya tabe) şərq hissəsində “Əl-Qaidə” və İŞİD-in hökmü altında olan zonalar sürətlə genişlənir. Hər ikisi özünü Yəmən müharibəsində “üçüncü qüvvə” kimi göstərir, lakin faktiki olaraq onların əsas düşməni husilərdir. Yəni koalisiya üçün düşməndən çox müttəfiqdirlər, amma Ər-Riyad və müttəfiqləri üçün bu cür kömək faydasız çıxır.

BƏƏ qoşunları Səudiyyəninkindən bir qədər yaxşı vuruşur, lakin bunu prinsipial fərq saymaq olmaz. Monarxiyaların hərbi məğlubiyyəti, sadəcə, sarsıdıcıdır, həm də bunu heç cür ərəblərin “kütlüyünə” yazmaq olmaz. Axı husilər və salehçilər də ərəbdir. Əslində, “peşəkar”, yəni sırf muzdlu ordu konsepsiyasının iflası göz qabağındadır. Başqa heç bir izahat yoxdur. Monarxiyaların əsgər və zabitləri müharibəyə döyüşdə ölmək üçün deyil, böyük pulların dalınca gəliblər. Əlbəttə, 10 mindən az olmayaraq, adamı birbaşa və ən azı, uyğun sayda adamı acından öldürmüş Səudiyyə “peşəkarlar”ı dinc əhali ilə uğurla vuruşurlar. Özü də bu rəqəmlər sürətlə artmaqda davam edir.

Koalisiyanın müdaxiləsi Yəməndə əzəmətli miqyasda humanitar fəlakətə səbəb olub, lakin saysız-hesabsız ümumdünya humanistləri və əxlaqçıları bu xüsusda susurlar. Burası da var ki, Qərbin davranışına təəccüblənməyinə dəyməz. Çoxdan və yaxşı məlumdur ki, Ər-Riyada mütləq hər şey mümkündür: bütün dünya üzrə terrorçu sünni qrupları yaratmaq və maliyyələşdirmək, öz əhalisinin (xüsusən də qadınlar və məzhəb azlıqlarının) hüquqlarını necəgəldi tapdalamaq.


Ümumdünya terrorizminin sponsoru

Amma məsələ bundadır ki, Səudiyyə Ərəbistanı bizim ona görə prinsipial düşmənimizdir ki, ümumdünya sünni terrorizminin yaradıcısı və sponsorudur. Neftlə heç bir oyun bu faktı ləğv edə bilməz. Xüsusən də ona görə ki, Ər-Riyadın bu oyunları əksər hallarda Moskvaya, həmçinin Tehrana qarşı yönəlib.

Husilər Moskvaya qarşı cüzi də sevgi bəsləmirlər (daha dəqiqi, Rusiya onları, sadəcə, maraqlandırmır), amma durum elə şəkildə biçimlənib ki, onlar bizim maraqlarımız üçün vuruşurlar. Məsələ burasındadır ki, Ər-Riyadın Yəmənə iflaslı müdaxiləsi səudların ilkin planlarını hətta dəfələrlə deyil, əməlli-başlı geridə qoyub, həm də sürətlə artmağa davam edir. Bu, neft qiymətlərinin (Ər-Riyadın özünün törətdiyi) düşməsi ilə birlikdə Səudiyyə iqtisadiyyatına olduqca ağır zərbə vurub. Eyni zamanda anlamaq lazımdır ki, Səudiyyə Ərəbistanı çoxlu tayfalardan ibarət süni dövlətdir, hakim monarxiya korrupsiyalaşıb, vəhhabi mütləqiyyət monarxiyası vətəndaş hüquqları ilə də çox yüklənməyib. Bütün bunlar Səudiyyə vətəndaşlarının neft gəlirləri hesabına aldığı ödənişlərlə müvazinətləşdirilir. Bu ödənişlərin önəmli ixtisarı Səudiyyə cəmiyyətini və bütünlükdə ölkəni tamamilə çökdürə bilər. Buna görə də Ər-Riyad üçün Yəmən iflası əsla hərbi uğursuzluq deyil, tam siyasi fəlakətin mümkün səbəbidir.

Aleksandr Xramçixin

NG.ru, 22.04.2017

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 481




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap