Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Səudiyyə Ərəbistanın vəlihəd-şahzadəsi öldürülüb – İranın nüfuzlu qəzeti sensasion iddia ilə çıxış etdi

Tarix 18.05.18, 3:17

Font ölçüsü : - / +
bitmap-img6


Hüseyn Şəriətmədari

“Keyhan” qəzeti (İran)


Vəliəhd-şahzadə Məhəmməd bin Salmanın, təxminən, 30 gündür üzə çıxmamasının təbii olmadığına dair çoxsaylı sübutlar mövcuddur və Riyaddakı Sarayda baş vermiş atışmaya istinadlar bu iddianı gücləndirir.

1. Şənbə günü, 21 aprel 2018-ci il tarixində informasiya agentlikləri Riyaddakı çevriliş cəhdi barədə məlumat yayıb. Hadisə yerindən çəkilmiş qısa videolar və fotolarda əl-Səud Sarayı ətrafında tank və zirehli texnika, kral qvardiyası ilə şəxsiyyəti naməlum silahlı qrup arasında atışma əks olunub. Toqquşma bir neçə saat davam edib. İnsidentdən sonra (həmin günün səhəri) Səudiyyə Ərəbistanının rəsmiləri bildiriblər ki, oyuncaq kimi istifadə edilən “Pelişad” növlü bir dron Sarayın üzərində peyda olub və hava müdafiəsi sistemi vasitəsilə məhv edilib. Lakin rəsmilər ağır silahlarla bir neçə saat aparılan atışma və tank, habelə zirehli texnikanın oyuncaq PUA ilə əlaqəsinə məntiqli izah gətirə bilməyiblər. Bu, nə qəribə izahdır?!

2. Məhəmməd Bin Salman kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılan şəxs sayılır. Xəbər lentlərində barəsində məlumatlar, müsahibələr və yaxud fotosu ilə müşayiət olunan şərhlər, demək olar ki, hər gün peyda olurdu. Lakin indi, təxminən, 30 günlük yoxluq… daima hansısa səfər və ya açılış mərasiminə iştiraka vəliəhdin hazırkı etinasızlığı təsadüfi sayıla bilməz!

3. Məhəmməd Bin Naif əl-Səud xanədanının rəsmi vəliəhdi idi, o, Birləşmiş Ştatlar və əmisinin səyləri ilə varislikdən uzaqlaşdırıldıqdan sonrta Sarayda həbs altında saxlanılırdı və o gündən barəsində heç bir məlumat yox idi. Amma bu yaxınlarda Bin Naif qəfildən “Twetter” səhifəsində Məhəmməd Bin Salmanın siyasətini kəskin qınayıb və onun əl-Səud xanədanının çoxillik hakimiyyətinin təməlini dağıtdığını vurğulayıb. O cümlədən yazıb:

«Səudiyyə Ərəbistanında Yəmənin 100 milyard dollar investisiyası var və sərmayədarların əksəriyyəti Bin Salmanın siyasəti ucbatından ölkəni tərk etməyə və aktivlərini başqa dövlətlərə yatırmağa çalışırlar. Bundan başqa, Səudiyyə Ərəbistanının investisiya indeksi aşağı düşüb. İnsanlara verilən zülm və sitəm, ölkənin identikliyini dəyişmə cəhdi həm dövlət, həm də siyasi sistemə birbaşa təhdiddir… Məscidül-Əqsanın istər siyasi, istərsə dini, istərsə də vicdani sarıdan əhəmiyyəti Məscidül-Hərameynül-Şərifeyndən (Məkkədə və Mədinədəki məscidlər nəzərdə tutulur – tərc.) heç də az deyil. Bu vaxta qədər ərəb-İslam dünyasının heç bir hökmdarı və ya şahzadəsi Qüds və Məscidül-Əqsanın şərəfini daimi iqtidarı müqabilində bada verməyib, amma Bin Salman və məiyyəti buna qol qoyublar. Hamılıqla bilməliyik ki, Qüds – Fələstinin əbədi paytaxtıdır”.

İqamətgahından kənara çıxa bilməyən Bin Naifin uzun müddət ətraf dünya ilə heç bir əlaqəsi olmayıb, buna görə də şahzadənin qəfil bəyanatı və Məhəmməd Bin Salmana – rəqiblərinə qarşı çox amansız olan qəddar bir şəxsə birbaşa şifahi həmləsi qəribə görünür.



Beləliklə, şahzadə Bin Naifin “tvit”i yalnız onun ev dustaqlığından qurtulması yox, həm də Məhəmməd Bin Salmanın Səudiyyə Ərəbistanında iqtidardan kənarlaşması mənası verə bilər.

4. İki həftə əvvəl Donald Trampın yeni dövlət katibi Mayk Pompeo gözlənilmədən ər-Riyada yola düşüb və informasiya agentlikləri onun dostu Məhəmməd Bin Salmanla görüşdüyünü xəbər veriblər. Lakin adətən olduğu kimi, bu görüşü əks etdirən heç bir foto-video görüntü yayılmayıb! Hətta bəzi xəbər mənbələri bu görüşə şübhə ilə yanaşıb!

5. Qətər Səudiyyə Ərəbistanı ilə münasibətlərində Kecdar və Merisin metodundan istifadə edib və əl-Səud xanədanı ilə əlaqələrin bərpasında Səudiyyə Ərəbistanının, əslində Bin Salmanın heç bir ilkin şərti ilə razılaşmadığını bəyan edib. Rəsmi Dohanın bu qətiyyətli mövqeyi də Bin Salmanın iqtidardan kənarlaşdırılması səbəbi sayıla bilər.

6. Ali Rəhbərin (Xamnəinin – tərc.) bu günlərdə açıqladığı, İranın əlinə keçmiş Trampın Fars körfəz ölkələri rəhbərlərinə ünvanladığı və təlimatlarla dolu gizli məktub da öz məzmunu ilə böyük çaşqınlıq yaradıb! Namənin gizli şəkildə çatdırılması Körfəz ölkələri rəhbərlərinin təəccübünü doğurub. Bunun ardınca Mayk Pompeonun Səudiyyə Ərəbistanına qəfil səfəri baş tutub.

7. Lakin iddiamızın sübutu bölgənin kəşfiyyat xidmətlərindən birindən sızmadır və həmin məlumat hazırda “Keyhan”ın sərəncamındadır. Sözügedən kəşfiyyat xidmətinin ölkəsinin ali rəsmisi üçün hazırladığı hesabatda bildirilir ki, Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi şənbə günü, aprelin 21-də Riyadda baş vermiş toqquşmada ən azı iki güllə yarası alıb və böyük ehtimalla o, həlak olub.

Tərcümə: Strateq.az





Xəbərin oxunma sayı : 292




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap