Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Səudiyyə taxtının yeni varisi kim olacaq? – 2 ssenari və 2 mümkün namizəddən biri.... - TƏHLİL

Tarix 18.11.18, 1:25

Font ölçüsü : - / +
bitmap-img6


Məhəmməd əl-Əmr

“Əl-Cəzirə”

Hər keçən gün Camal Xaşuqcinin öldürülməsi ilə bağlı sirr pərdəsi aralanır. Ancaq əsas məsələ Səudiyyə Ərəbistanı konsulluğunda jurnalisti qətlə yetirən terror qrupunun arxasında, Riyad piramidasındakı ən yüksək nöqtədə kimin durmasıdır. Qalan mətləb əl-Səud xanədanının bu əməliyyatla əlaqələrini isbat etmək və ya inkar etməkdir.

Bu yazıda Xaşuqci faylını bağlamaq üçün mümkün ssenariləri nəzərdən keçiririk və bütün əlamətlər göstərir ki, Məhəmməd bin Salman qətllə birbaşa əlaqəlidir.

Türkiyə hökuməti rəsmilərinin çıxışlarının məzmununa əsaslanan ən sadə təhlili və Ərdoğanın daim inkaredilməz dəlillərə vurğusu konsulluq içində baş verən cinayətdə Bin Salmanın birbaşa iştirakını təsdiqləyir.

Türklər əmindirlər ki, bu məsələdə digər dövlətləri də inandıra biləcəklər. Onlarda Səudiyyə Ərəbistanı əleyhinə möhkəm dəlillər və ya sübutlu qeydlər olmasaydı, yüksək səviyyəli siyasi və ya iqtisadi əlaqələrə malik olduqları Səudiyyənin  üstünə bu qədər getməz, cinayəti sadəcə unutdurardılar.

Ancaq Türkiyə hökumətinin böhran;n həllinə yanaşması əvvəldən Ankaranın hadisədə iştirak edən Səudiyyə səlahiyyətlilərinin şəxsiyyətini aydınlaşdırma səylərini əks etdirib. Siyasi və kriminal sübutlarına əsasən, Bin Salmanın bu cinayətlə əlaqəsi qeyri-rəsmi olaraq müəyyən müzakirə mərhələsindədir.

İndi bir sual da qalır: bu məsələ rəsmən açıqlanacaqmı? Ya onun üstünə sirr örtüyü çəkiləcək?

Əslində, Ankara lazımi sübutlara və qətlin bütün ipuçlarına sahib olduğundan, Türkiyəni Bin Salmanın törətdiyi cinayətin  ifşadan uzaqlaşdırmaq və bu məsələdə mövqeyindən çəkilməyə məcbur etmək mümkündür. Lakin Ankara geri çəkilmək arzusu və ya gücünə malik deyildir, çünki bu halda o, ictimai etimadını itirir.

Türkiyə hökuməti lap əvvəldən böhranın həlli istiqamətdə hərəkət edib. İstintaqın heç bir mərhələsində türklər öz mövqelərindən dönmək istəməyiblər.

Səudiyyə taxtına iddialılardan biri olan şahzadə Xalid Bin Salman

Beləliklə, Türkiyə bu sayaq cinayətlərə qarşı çıxmağa dair bacarığını dünyaya göstərməyə davam və Qərb hökumətlərinin bu cinayətləri ört-basdır etməyə çalışdığını nümayiş etdirir.

Türkiyə və ABŞ-ın prezidentləri arasında bu vacib məsələ ötən Bazar günü Paris zirvəsi çərçivəsində müzakirəyə səbəb olub. Zənnimizcə, Tramp ABŞ-la Səudiyyə Ərəbistanı arasındakı əlaqələri nəzərə alaraq, Türkiyə rəhbərliyini istintaqın nəticələrini açıqlamamağa çağırıb.

Bu kontekstdə, Bin Salmanın Xaşuqcinin öldürülməsində iştirakı ilə bağlı mümkün ssenarilər hansılardır?

1-ci ssenari: Bin Salmana beynəlxalq sanksiyalar tətbiq edilməsi.

Tramp üçün Bin Salman kütləvi istismar mənbəyidir, amma ictimai fikir və Amerika mətbuatının təzyiqi altında mövcud vəziyyətdə onu lazımi dərəcədə müdafiə edə bilmir. Eyni zamanda, səudilər Bin Salmanın hakimiyyətdə qalması üçün bundan artığını etməkdə acizdir.

2-ci ssenari: Bin Salmanın vəzifədən uzaqlaşdırılması.

Səudiyyə kralı üçün pis və çətin seçim Səudiyyə Ərəbistanı vəliəhdini dəyişməkdir. Londondan qayıdan şahzadə Əhməd bin Əbdüləzizin Qərbin zəmanəti ilə Səudiyyə Ərəbistana qayıdışı artıq kral Salmanın masana dəyişiklik tələbinin qoyulduğunu göstərir.

Bin Salmanın əvəz edilməsi variantlarından biri ABŞ-Səudiyyə siyasi-iqtisadi əlaqələrini davam etdirə biləcək qardaşı Xalid Bin Salmandır.

Lakin fikrimizcə, ilk varianta üstünlük verilməsi ehtimalı daha böyükdür və bu dəyişiklik istənilən halda Səudiyyə Ərəbistanının xarici siyasətinə böyük təsir göstərə bilər.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 466




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap