Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Səudiyyədə daha bir qadağa aradan qalxdı – Qadınlarla bağlı...

Tarix 09.12.19, 13:23

Font ölçüsü : - / +
bitmap-img6


Səudiyyə Ərəbistanı hökumətinin verdiyi məlumata görə, ölkədə bundan sonra restoranlarda cinslər üçün ayrı-ayrı girişlərin qoyulması tələbi aradan qaldırılacaq.

Buna qədər isə restoranlarda 2 giriş olurdu – biri qadınlar və ailələr üçün, digəri isə kişilər üçün. Bu qanuna qədər də bəzi kafe və restoranlarda ayrıseçkiliyi könüllü əsaslarla tətbiq etməklə, qayda yumşaldılmışdı.

Sosial sahədə bəzi islahatlar, əleyhinə çıxan müxalif etirazların müşayiəti ilə davam edir. Bu ilin əvvəlində kralın sərəncamı ilə qadınların ölkədən xaricə kişilərin müşayiəti olmadan çıxmasına, 2018-ci ildə isə maşın sürmələrinə icazə verilib.

“BBC” xəbər verir ki, bunlara baxmayaraq, aktivistlər hələ də qanunlarda qadınlara qarşı ayrıseçkilik müddəalarının qaldığını, qadın hüquqları müdafiəçilərinin həbs olunduqlarını bildirirlər.

Sonuncu qərara baxmayaraq, cinsi ayrıseçkilik əsasında girişlərin fərqləndirilməsi, restoranların içərisində qadın və kişilər üçün arakəsmə ilə ayrılmış yerlərin təşkil olunması biznes sahiblərinin ixtiyarına, müştərilərin seçimlərinə buraxılıb. (Xpressa)




Xəbərin oxunma sayı : 394




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap