Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Səudiyyəli nazirin Raqqa səfəri – Xarabazara çevrilmiş şəhərin yenidən qurulması Riyadın boynuna qoyulub - TƏHLİL

Tarix 26.10.17, 17:42

Font ölçüsü : - / +
bitmap-img6


Səudiyyə Ərəbistanının Körfəz işləri üzrə dövlət naziri Samir əs-Sübhanın ABŞ-lı səlahiyyətlilərlə Suriyanın Raqqa şəhərinə reallaşdırdığı səfər diqqəti Riyad rəhbərliyinin bu bölgəyə olan marağına çevirib. Nazir Sübhan, ABŞ dəstəkli PKK / PYD tərəfindən ələ keçirilən Raqqa şəhərinin Ayn İsa bölgəsi və bəzi kəndlərini gəzərək burada yerli rəsmilərlə görüşlər keçirib.

Sübhanın ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett MakQurk ilə birlikdə reallaşdırdığı bu səfər Riyad rəhbərliyinin yeni Suriya siyasətinin də ipuclarını verir.

 

Raqqanın yenidən qurulması

 

Səudiyyə Ərəbistanının “Okaz” qəzeti özəl qaynaqlarına istinadla yayımladığı xəbərdə bildirib ki, səfərdə böyük hissəsi xarabazara çevrilmiş şəhərin post-İŞİD dövründə təkrarən yaşamlı qılınması üçün Səudiyyə Ərəbistanının təqdim edəcəyi qatqıların, xüsusilə də abadlıq işləri mövzusu müzakirə edilib.

Yenidənqurma mövzusunun tam inşa fəaliyyətlərini ehtiva etmədiyini, Raqqa bölgəsində həyatın təkrar başlaması üçün bütün lazımi hazırlıqları əhatə etdiyini bildirən qəzet, bu mövzuda Riyad rəhbərliyinin ABŞ-la razılaşdığını və işlərin böyük hissəsini Səudiyyə Ərəbistanının reallaşdıracağını iddia edib.

“Okaz” qəzeti Sübhanın Raqqada abadlıq və yenidənqurma mövzusunda şəhər şurası ilə də yığıncaq keçirməsi barədə məlumat verib. Üstəlik, səudiyyəli nazir ABŞ tərəfindən gələcək günlərdə keçiriləcək "Raqqanın Qurtuluşu" konfransına qatılmaq üçün təkrar bölgəyə gedəcəyi qeyd edilib.

 

Səudiyyə Ərəbistanının yeni Suriya siyasəti

 

“Ən-Nəhar” qəzetinin köşə yazarı Əli əl-Həcc isə Sübhanın Raqqa səfərinin bir digər əhəmiyyətli məqsədinin bölgədə olan sünni qəbilə və tayfa liderləri yaxınlığı təmin etmək olduğunu açıqlayıb.

Yazar Həcc, bu mənada, nazirin səfəri zamanı Ayn Şəms ətrafındakı sünni bölgələri ziyarət edərək buradakı yerli liderlərlə görüşdüyünü bildirib.

Bölgədəki sünni tayfaların Səudiyyə Ərəbistanı tərəfinə çəkilməsi ilə İranın bölgədəki təsirinin azaldılması, Riyad rəhbərliyinin bölgə üçün hazırladığı yeni siyasətin də ilk addımları olaraq xarakterizə edilə bilər.

Səudiyyə Ərəbistanının bu cəhdləri, illərdir müharibə şəraitində yaşayan başda sünni tayfalar olmaqla, digərlərinin də rahat bir nəfəs almasını təmin edəcək. Şübhəsiz, sözügedən tayfalar da Səudiyyə Ərəbistanının bu addımlarını çox müsbət qarşılayacaqlar.

Ancaq ABŞ-ın birlikdə çalışdığı PKK / PYD terror təşkilatı ilə əlaqələrin necə olacağı, bu əlaqələrin Səudiyyə Ərəbistanı ilə digər müttəfiq bölgə ölkə əlaqələrinə necə təsir edəcəyi daha çox maraq doğurur.

Riyad rəhbərliyi, yeni Suriya siyasətinə baxmayaraq, böhranın başından bu yana olduğu kimi "Əsədsiz həll" mövzusunda mövqeyini qoruyur. Başda xarici işlər naziri Adil əl-Cübeyr olmaqla, Səudiyyə ərəbistanlı səlahiyyətlilər "Suriyada Əsədli həldən söhbət gedə bilməz" şəklindəki şərhlərini davam etdirir.

ABŞ prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına reallaşdırdığına görə ərəb liderlərini Riyadda yığaraq zirvə görüşü keçirən Səudiyyə Ərəbistanı rəhbərliyi, əldə etdiyi güc ilə Körfəzdə Qətəri mühasirəyə alarkən, Suriya sahəsində isə ABŞ siyasətinə uyğun hərəkət edir.

Anadolu News Agency (Türkiyə)

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 148




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap