Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Sevdiyi qadını öldürən Mərdanovun səs-küyü işi - TƏFƏRRÜAT

Tarix 01.02.19, 17:38

Font ölçüsü : - / +
bitmap-img6

 
Sevgi münasibətləri olan qadını amansızlıqla öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Zəfər Mərdanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Z.Mərdanovun vəkili buna etiraz edib. Vəkil işə yeni qoşulduğu üçün məhkəmədən müdafiə etdiyi şəxslə danışmaqdan ötrü vaxt istəyib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsə sualları var.

Hakim isə bildirib ki, məhkəmə istintaqı bitib və buna görə də əlavə suallar verilə bilməz. Buna təqsirləndirilən şəxs də etiraz edib.

Z.Mərdanov qeyd edib ki, psixi problemləri var və onu dindirən zaman psixoloq dəvət edilməlidir. Daha sonra dövlət ittihamçısı ilə mübahisə edən Z.Mərdanov qışqırmağa başlayıb. Hakim ona xəbərdarlıq edib və məhkəmə zalından çıxarıb.

Təqsirləndirilən şəxsin anası da məhkəmə prosesinin gedişatına mane olduğu üçün məhkəmə zalından çıxarılıb. Fasilədən sonra məhkəmə iclası davam etdirilib.

Dövlət ittihamçısı çıxış edərək Z.Mərdanova cəza istəyib. Prokuror Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə ittiham edilən Z.Mərdanovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun anası təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib: "O, mənim qızımı bu dünyadan ömürlük göndərdi. Mən də ona ömürlük cəza verilməsini istəyirəm. Heç bir səbəb olmadan qızımı 5 yaşlı övladının gözü qarşısında 10 bıçaq zərbəsi ilə öldürdü".

Prosesin davamında Z.Mərdanovun vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxs xuliqanlıq niyyəti ilə adam öldürməyib:

"Ortada qısqanclıq məsələsi var. Mərhumla ayrılmaq istəməyib və təəssüf ki, belə bir hadisə baş verib. Bıçaq zərbələrinin sayının çox olması qətlin xüsusi amansızlıqla törədilməsi demək deyil. Ekspertiza təyin edilmədi, amma Zəfər Mərdanovun psixoloji problemləri var. Hadisənin baş verməsini heç kim inkar etmir. Sadəcə istintaq qərəzli aparılıb və işin ağırlaşdırılması üçün hətta azyaşlı uşaqdan da ifadə alınıb. Mərhumun azyaşlı qızından ifadə almaq bir yana, onun əvəzinə imza da atıblar. Hadisədən əvvəl tərəflər arasında mübahisə olub. Zəfər əsəbləşərək ondan ayrılmaq istəyən Səhnədən aldığı qızıllar, hədiyyəni istəyib. Müdafiə etdiyim şəxs barəsində qəsdən adam öldürmə maddəsi ilə cəza təyin edilməsini istəyirəm".

Vəkil əlavə edib ki, müdafiə etdiyi şəxs hadisə yerindən də qaçmayıb: "Zəfər Mərdanov hadisədən sonra anası və bacısının yanına gedib. Onlarla vidalaşdıqdan sonra polisə könüllü təslim olub".

Məhkəmə Zəfər Mərdanova son söz verib. Mərdanov əməlindən peşman olduğunu söyləyib. O bildirib ki, psixi problemləri var və hadisəni törədən zaman özündə olmayıb: "Mərhumun anası, qohumları da yaxşı bilir ki, mən onu hamıdan çox istəyirdim. Səkinə ən çox sevdiyim insan idi. Heyif ki, belə bir hadisə oldu. Heç kim belə bir hadisədən sığortalanmayıb".

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Zəfər Mərdanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə Bakının Xəzər rayonunda baş verib.

1994-cü il təvəllüdlü Bakı sakini Hümbətova Səkinə Hüseyn qızına Buzovnadakı evində çoxsaylı bıçaq zərbələri endirilib. Əməliyyat-axtarış qrupu hadisə üzrə şübhəlinin şəxsiyyətini müəyyən edib. Məlum olub ki, hadisəni Ağsu rayon sakini, daha əvvəl məhkum olunmuş Mərdanov Zəfər Rafiq oğlu törədib.

Qətl sözügedən rayonda quraşdırılmış müşahidə kamerasına düşüb.

İlkin məlumata görə, cinayətin səbəbi Hümbətovanın Mərdanovdan ayrılmaq istəməsi olub. Uzun müddət sevgi münasibətləri olsa da, Səkinə ondan ayrılmaq istəyib. Mərdanov isə qadının ona xəyanət etdiyini düşünərək mərhumu qətlə yetirib.

Mərhum Hümbətova daha əvvəl ailəli olub və azyaşlı övladı qalıb. 



Xəbərin oxunma sayı : 178




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap