Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Sevil Əliyeva Britaniyadan sütutu pozdu:“Prezident sözünü dəyərdən salmaq olmaz“

Tarix 06.02.21, 18:45

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Azərbaycan KİV-i 2006-cı ildən “Space” telekanalına rəhbərlik edən tanınmış sənədli kino rejissoru Vaqif Mustafayevin istefaya getməsi barədə məlumat yayıb.

AzFakt.com xəbər verir ki, Virtualaz.org saytının baş redaktoru Eynulla Fətullayev telekanalın təsisçisi, ümummilli lider Heydər Əliyevin qızı Sevil xanım Əliyevadan, çoxillik rəhbərinin populyar telekanaldan hansı səbəbdən getməsinə aydınlıq gətirməsini xahiş edib.

Hər şeydən əvvəl, Sevil xanım  Azərbaycan mətbuatında gedən məlumatın tam doğru olmadığını bildirib.

S.Əliyeva qeyd edib ki, V. Mustafayev kanaldan özü çıxmayıb, təsisçi kimi, şəxsən onun tərəfindən tutduğu vəzifədən azad edilib: “Məsələ ondadır ki, “Space”in fəaliyyəti, onun təqdim etdiyi kontent ciddi narahatlıq doğururdu. Mən əsasən xaricdə yaşayıram və onun verilişlərini yalnız Bakıya gələndə izləyirdim və etiraf etməyə məcbur oldum ki, çoxsaylı irad, kəskin tənqid, bəzən də KİV səhifələrində peyda olan məsələlər tamamilə əsaslıdır.

Son zamanlar telekanalın, onun verilişlərinin səviyyəsi həddindən artıq aşağı olub. Son illərdə qeyri-peşəkarlıqdan, onun məhsullarının keyfiyyətinin aşağı olmasından hiddətlənən televiziya tamaşaçılarının rəyi ilə tam şərikəm.

Mən yaratdığım zaman onu belə görmürdim. Bütün bunlar Vaqif Mustafayevin “Space” rəhbəri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul etməyə məcbur etdi.

Digər tərəfdən, kanal rəhbərlərinin özlərini telekanalların prezidenti adlandırması məni bir qədər incidir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. Prezident sözünü dəyərdən salmaq olmaz”.

Eyni zamanda, Sevil Əliyeva vurğulayıb ki, bu qərar, ümummilli lider Heydər Əliyev haqqında bir sıra sənədli filmlər də daxil olmaqla, mükəmməl əsərlər yaratmış istedadlı sənədli film rejissoru kimi V.Mustafayevin xidmətlərini azaltmır: “Hələ də cənab Mustafayevə bir insan kimi hörmət edir və onu yaradıcı şəxs kimi qiymətləndirirəm. Çox təəssüf ki, onun atam barəsində olan “İnsanları xilas etməyə gedirəm” adlı əla bədii filmi vaxtilə Azərbaycan məmurları tərəfindən tamamilə haqsız olaraq “brak” edildi.

Halbuki məhz bu əsərdə Vaqif Mustafayev ümummilli lideri siyasətçi, dövlət məmuru deyil, sadəcə, insan kimi göstərmişdi. Ümidvaram ki, indi – ölkənin ideoloji siyasətinə cavabdeh olan məmurlar dəyişəndən sonra geniş ictimaiyyət, nəhayət, bu əsərlə tanış olacaq.

Yeri gəlmişkən, mən filmin müəlliflərinə məsləhətlər verirdim, məsələn, Heydər Əliyeviç yalnız göy və boz kostyumlar geyinirdi, qara rəngi sevmirdi, bizim evdə interyerin çox isti, rahat olduğu və s. barədə təfərrüatları dəqiqləşdirirdim. Bu filmdə ən yaxşı rus aktyorları iştirak etmişdilər. Əminəm, Vaqif Mustafayevin Heydər Əliyev haqqında gördüyü işləri gənclərə göstərmək lazımdır ki, gələcək nəsillər müstəqil Azərbaycanı yaradanın necə insan olduğunu bilsinlər”.



Xəbərin oxunma sayı : 394




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap