Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Sevindik Hətəmova yol göründü: icra başçısı yola salınır

Tarix 14.03.19, 16:42

Font ölçüsü : - / +
bitmap-img6


Salyanın icra başçısı yaxın günlərdə vəzifəsindən azad oluna bilər.

AzEuroNews.com-un əldə etdiyi məlumatlarda deyilir ki, yaxın günlərdə prezident İlham Əliyev bu barədə sərəncam imzalaya bilər.

2012-2016-ci illərdə Salyana rəhbərlik edən Tahir Kərimov rayonun heç bir problemini həll etməmiş üstəlik yeni problemlər yaradaraq çıxıb getmişdi. 

S.Hətəmov rayona icra başçısı təyin olunandan sonra ona ümidlər böyük idi. Çünki Yardımlıda az-çox islahatçı icra başçısı kimi tanınan S.Hətəmovla bağlı həmişə yaxşı fikirlər söyləyirdilər. 

Yolsuzluq…

Salyanın bir nömrəli problemi həm rayon mərkəzi, həm kənd yolları, həm də Şirvan və Salyanı birləşdirən magistral yolun bərbad vəziyyətdə olmasıdır.



Düzdür bəzi avtomobil yolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır. Məsələn, Şirvan-Salyan avtomagistralı kimi… Ancaq Rayon mərkəzindəki yollar icra hakimiyyətinin tabeliyindədir və S.Hətəmovun rəhbərliyi dövründə rayonun bir-iki mərkəzi küçə və prospekti istisna olmaqla heç bir yerə 5 metr asfalt çəkilməyib. 

Şirvan-Salyan avtomagistralına gəlincə isə, bu yolu təmiri hələ də fasilələrlə davam edir.

Kür daşqınlarının fəsadları…

Salyanda 2010-cu ildə Kür çayında baş verən daşqınlar nəticəsində zərəçəkən evlərin çoxu hələ də təmir olunmayıb. Fövqəladə Hallar Nazirliyinə (FHN) bununla bağlı göstəriş verilsə də, rayon sakinlərinin bir çoxu hələ də kirayələrdə, qohumlarının evlərində qalırlar. Xüsusilə, Babazanlı qəsəbəsində tamamilə uçuq və qəzalı vəziyyətdə olan ev sahilblərinə dövlət tərəfindən ödənilən kompensasiya çatmayıb. 



Eyni zamanda “Köhnə bazar” deyilən ərazidə qoruyucu bəndlər tamamilə dağılıb. Kür çayında suyun səviyyəsinin qalması yenidən rayonu fəlakətlə üz-üzə qoya bilər. Sakinlərin FHN və Salyan Rayon İcra Hakimiyyətinə ünvanladıqları şikayət məktubu isə, daş-qayaya dəyər kimi üstlərinə qayıdır.

 Qaz, işıq, su problemi … 

Həm rayon mərkəzində, həm də kəndlərdə yaşayan sakinlər qazın yalnız istixanalara verilməsinə görə şikayət edirlər. Onların sözləriə görə, son illər rayon ərazisində ayrı-ayrı məmurlara aid istixanaların sayının artaması əhaliyə verilən qazın tamamilə kəsilməsinə səbəb olub. 

Sobalarını yandırmaq istəyən sakinlərə isə, qaz əvəzinə hava verilir. Təsadüfi deyil ki, rayon sakinlərinin böyük əksəriyyəti 90-cı illərin əvvələrində olduğu kimi odun peçi quraşdırmağa başlayıb. Camaat meşələrdən qırılan ağacları pul verib alaraq istifadə edir. 



Çuxanlı sakinlərindən saytımıza verilən məlumata görə,  kəndin dörd bir tərəfindən qaz xətti keçməsinə baxmayaraq kənddə qaz yoxdur. Bəzi kəndlərdə işıq dirək və kabelləri, qaz və su xətləri də sakinlərin öz vəsaitləri hesabına çəkilib. 



Kür çayının sahilində yerləşən rayonda içməli su probleminin olması isə böyük biabırçılıqdır. Sovet dövründən qalma su təmizləyici qurğular işləmədiyindən rayon içməli su ilə təmin edilə bilmir. Əvəzində sakinlər suyu pul verərək alırlar. Artıq bu iş rayonda biznesə çevrilib və bir-iki nəfərin əlində cəmləşib. Bir maşın suyun qiyməti isə, 15-20 manat arasıdır. 

Prezident aparatına ən çox şikayət edilən rayon…

İcra başçısı S.Hətəmovun rayonda və kəndlərdə tez-tez sakinlərlə görüş keçirməsi heç bir nəticə verməyib. Problemlərinin həll olunmadığını görən sakinlər 2017-2018-ci illər ərzində Prezident Administrasiyasına (PA) minlərlə şikayət məktubu yollayıblar. Ötən aylarda PA-nın açıqladığı “Prezident Administrasiyasına ən çox şikayət edilən rayonlar” siyahısında Salyan ön sıradadır. 



Məlumatda qeyd olunurdu ki, PA-ya, və Azərbaycan Prezidentinin rəsmi saytı “president.az“a ünvanlanan şikayət məktublarından belə nəticəyə gəlmək olar ki, Salyanın da daxil olduğu bəzi rayonlarda icra hakimiyyəti orqanlar ilə vətəndaşların münasibəti heç də yaxşı deyil. 

Bu səbəbdən son aylar S.Hətəmov rayonda və kəndlərdə əhali ilə tez-tez görüşlər keçirir. Sakinlər deyir ki, bu görüşlər formal, görüntü xatirinə edilir. Sakinlər tərəfindən qaldırılan məsələ və problemlər heç biri həll olunmur.













Xəbərin oxunma sayı : 1597




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap