Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Seymur Həzi əfv sərəncamından kənarda qaldı

Tarix 16.03.19, 19:07

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev bugünkü əfv sərəncamı ilə bir çox tanınmış şəxslərə azadlıq bəxş etsə də, bu sərəncamı çoxdan gözləyən, lakin adı siyahıya düşməyənlər də az deyil. Misal üçün “Azadlıq” qəzetinin əməkdaşı, jurnalist Seymur Həzinin azad ediləcəyinə dair gözləntilər özünü doğrultmadı. Belə ki, hələ 2014-cü ildə həbs edilən və əksər hüquq-müdafiə təşkilatlarının “siyasi məhbus” hesab etdiyi jurnalistin adı əfv siyahısında yoxdur.

Xatırladaq ki, ki, S.Həzi 2014-cü ildə kifayət qədər müəmmalı ittihamlarla həbs olunaraq, 2015-ci ilin yanvarında 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. İttihamda deyilirdi ki, guya Seymur Həziyev “avtobus dayanacağının yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, əvvəllər tanımadığı Bakı şəhər sakini Məhərrəm Həsənovu əsaslı səbəb olmadan söyməsində, daha sonra şüşə butulka ilə başına, yumruq və təpiklə isə sifət nahiyəsinə vuraraq sonuncuya bədən xəsarətləri yetirməsində şübhələr üçün əsaslar olduğundan, onun barəsində faktla bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb”.


Qeyd edək ki, S.Həzidən fərqli olaraq, “Azadlıq” qəzetinin mühacirətdə olan digər əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilovun adı əfv olunanların siyahısındadır. M.Ədilovun qardaşının siyasi fəaliyyətinə görə həbsə atıldığı iddia edilirdi.



Xəbərin oxunma sayı : 211




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap