Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Seymur Verdizadə Bədii Şuraları “yıxıb-sürüdü“ - “Pozğunlar efirdə əxlaq dərsi keçirlər”

Tarix 16.01.20, 15:23

Font ölçüsü : - / +
bitmap-img6


“Telekanalların əksəriyyətində Bədii Şuralar var. Uzun illərdən bəri telekanallara ayaq döyən adam kimi bu qurumların formal fəaliyyət göstərdiyini deyə bilərəm”.

AzFakt.com xəbər verir ki, bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.

JAM sədri bildirib ki, islahat dalğası teleməkana da çatmalıdır: “Əgər telekanallarda normal Bədii Şura olsaydı, heç bir müğənni cürət edib efirə çılpaq çıxmazdı. Şuralar öz funksiyalarını qüsursuz yerinə yetirsəydi, ləhcə ilə danışan aparıcılar efirdə at oynatmazdılar. BŞ üzvləri bəzi aparıcıların vətəndaşlarla müstəntiq kimi davrandıqlarını görmürlər? Onlar qadını pencək kimi dəyişən məişət pozğunlarının efirdə əxlaq dərsi keçməyinə niyə göz yumurlar? Əgər Bədii Şuralar varsa, üç-beş manatlıq aktyorların iştirakı ilə çəkilən düşük seriallar efirlərə necə yol tapır? Bu sualların cavabı açıq qaldığı üçün mən Bədii Şuraların telekanalların yayın siyasətinə ciddə təsir etdiyini düşünmürəm”.

S.Verdizadə vurğulayıb ki, telekanallarda müəyyən keyfiyyət dəyişikliyini inkar etmək olmaz:

“Amma bu dəyişikliklər Bədii Şura üzvlərinin üstün zəkasının nəticəsi deyil, zamanın tələbidir. İnformasiya təhlükəsizliyimiz təhdid altındadır. Tamaşaçıların böyük əksəriyyəti Azərbaycan teleməkanından üz döndərib. Yerli telekanallar rəqabətdə Rusiya və Türkiyə televiziyalarına uduzur. Buna görə də telekanal rəhbərləri daha maraqlı, nisbətən səviyyəli verilişlərin hazırlanmasının qeydinə qalırlar. Müsbət dəyişikliklər İTV-də özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. AzTV isə çətin dövrü arxada qoyub. İndi bu telekanalların hər ikisində bir neçə maraqlı, səviyyəli veriliş izləmək mümkündür. Belə demək mümkündürsə, bu telekanallarda həyata keçirilən kadr dəyişikliyi təsirsiz ötüşməyib”.

Jurnalist vurğulayıb ki, tamaşaçının zövqünü oxşayan verilişlər hazırlamağın vaxtı çatıb:

“Bunun üçün azad yaradıcı mühit olmalıdır. Tamaşaçıların Azərbaycan televiziyalarına olan inamını geri qaytarmaq lazımdır. Bunu üçün tamaşaçının inandığı adamları efirə çıxarmaq lazımdır”.



Xəbərin oxunma sayı : 190




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap