|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Seysmoloji Mərkəzin direktorunun açıqladığı qorxunc fakt - kim məsuliyyət daşıyır?
Tarix 08.02.23, 9:52 |
|
“8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır”. Bunu mediaya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, xüsusi dəmir-beton kalonlar var, onların ölçüləri, armaturlar, N kəsiyinin ölçüləri nəzərə alınmalıdır: “Əgər 8 ballıq zonada bina 1 milyona başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər”.
Bakıda tikinti bumu əsasən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Hacıbala Abutalıbovun dövrünə təsadüf edir. Abutalıbovun dövründə şəhərsalma prinsipləri kobud şəkildə pozulub. Ara məsafələrinə riayət edilmədən xaotik şəkildə binalar tikilib. Bu binalar həm də bir-birinə son dərəcə yaxın inşa edilib. Bir-biri ilə yanaşı olan hündürmərtəbəli binalar və birmərtəbəli evlər indi də Bakının görkəminə xələl gətirən ciddi problemlərdən biri kimi qalmaqdadır. Tikintinin vüsət almasından sonra yaranan problemlər isə bununla bitmir. Belə ki, tikinti üçün torpaq sahələri ayrılarkən mühəndis-axtarış işlərinin lazımi səviyyədə aparılmaması, tikinti işlərinin mövcud kommunikasiya xətlərinin təhlükəsizlik zolaqlarında həyata keçirilməsi, layihələndirmə sənədlərinin düzgün hazırlanmaması, tikintidə keyfiyyətsiz, standartlara cavab verməyən materiallardan istifadə olunması, tikinti norma və qaydalarının kobud pozulması son dövrlər bu sahədə ortaya çıxan problemlər kimi diqqəti çəkib.
Seysmoloji Mərkəzin direktorunun Türkiyədəki dəhşətli zəlzələdən sonra açıqladığı fakt doğrudan da Bakı üçün ciddi narahatlıq doğurur. Hansı tədbirlər görülməlidir, məsuliyyətsizliyi yalnız tikinti şirkətlərinin “xəsisliyi” ilə izah etmək olarmı?
Elnur Fərzəliyev
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Bakıda binaların tikintisi ilə bağlı buraxılan səhvlərin bədəlini sadə insanlar ödəməli olur: “Bu gün artıq təkcə Bakı, Abşeronda 150-yə yaxın köhnə çoxmərtəbəli binalar qəzalı kimi qeydə alınıb ki, bunlar da yaxın müddətdə sökülməlidir. 11 minə yaxın köhnə çoxmənzilli yaşayış binaları artıq öz istismar müddətini başa vurub. Biz əvvəlki tikililərə nəzər salsaq, bütün tikililər - beş-dördmərtəbəli binaların yanındakı həyətyanı sahələr həmin binaların hündürlüyünə və əhalinin sayına uyğun hesablanıb. Lakin pilot layihələr üzərindən söküntü işlərinin aparıldığı zaman köhnə beşmərtəbələr sökülərək onların yerində 15-16-17 mərtəbəli binalar tikilir. Həyət-bacanın genişləndirilməsindən söhbət belə getmir. Bu səbəbdən çox ciddi sıxlıq meydana gəlir. Təbii ki, birmənalı olaraq həmin binalar sökülməli, yeni tikili binalarla əvəzlənməlidir. Lakin ən başlıcası isə bu binaların arasındakı məsafələr və infrastrukturun hesablanmasıdır. Bütün bunlara əsas səbəb Bakının hələ də yeni Baş Planının hazır olmamasıdır ki, bu cür hallar baş verir. Nə vaxtsa Baş Plan hazır olacaqsa, o zaman da ona uyğun yenidən şəhərin qurulması mümkün olmayacaq. Bu gün biz nəzərə almalıyıq ki, Türkiyədə baş verən zəlzələ səbəbindən artıq çox sayda, 6 mindən artıq binanın uçması həmin binaların keyfiyyətlərinin aşağı olması və bir-birinə yaxın olması ilə bağlıdır. Bu ərazilərdə çox sayda binalar var. Həmin binaların bir neçəsinin keyfiyyəti aşağıdırsa, onlar uçan zaman digər binalara da çox ciddi fəsad verir, həmin binaları da uçurdur. Bakıda da Nərimanov rayonunda, Yeni Yasamal, "Xalqlar Dostluğu" metrosunun yaxınlığı, Yasamal rayonunun ərazilərində binalar çox sıx şəkildə tikilib. Hər hansı bir zəlzələ, təbii fəlakət baş verərsə, o binaların birinin uçması artıq həmin əraziyə bütün girişlərin qapanmasına gətirib çıxarar. Həmin ərazilərdə fəlakətin, ölümün sayı daha böyük olar".
Ekspert qeyd edib ki, ən təhlükəlisi Bakıda yerləşən qəzalı və istismar müddəti bitmiş binalardır: “Biz köhnə yaşayış binalarına baxsaq, onların bir hissəsinin uzun illərdir ki, zirzəmilərinin çirkab suları ilə dolması, əlavə artırmaların olması həmin binaları daha da qəzalı vəziyyətə gətirib çıxarır. Digər tərəfdən, köhnə binaların bir hissəsinin zirzəmiləri qazılaraq qeyri-yaşayış obyektlərinə çevrilir. Həmin zirzəmilər binanın daşıyıcı təməli olmasına baxmayaraq, əlavə qapılar, pəncərələr açılır. Birinci mərtəbələr qeyri-yaşayış obyektinə çevrilir. Qeyri-yaşayış obyektinə çevrilən zaman ara divarlar sökülərək genişləndirilir. Bu isə həmin binanın ən kiçik tərpəniş nəticəsində uça biləcəyindən xəbər verir. Qəzalı vəziyyətdə olan çox sayda binalar var ki, hansısa tərpəniş nəticəsində onların yerləbir olma ehtimalı daha böyükdür. Köhnə binalar bir zamanlar mənzil istismar idarələrinin nəzarətində olsa da, artıq uzun illərdir ki, MİS-lər də bu sahəyə nəzarət etmir. Və demək olar ki, başlı-başına, pərakəndə şəkildə qalmışdı. Azərbaycanın daşınmaz əmlak sektorunda baş verən bu cür xoşagəlməz halların bir səbəbi var. Tikintilərin pərakəndə şəkildə tikilməsi, bir zamanlar torpaq satışına icra hakimiyyətlərinin, bələdiyyələrin və digər qurumların sərəncam verməsi səbəbindən binalar pərakəndə şəkildə tikilib. Bir dövlət qurumunun verdiyi sənədi də digəri tanımır”.
Ekspert əlavə edib ki, Azərbaycanda, xüsusilə də Bakıda tikinti sahəsi bundan sonra başlayacaq: “Çox sayda köhnə tikinti fondunun sökülməsi gözlənilir. Gələcəkdə bu cür halların baş verməməsi üçün bu sahə bir qurum altında birləşməlidir. Tikinti Nazirliyi, yaxud bu tip yeni, səlahiyyətli qurum yaradılmalıdır ki, bütün neqativ, mənfi və müsbət hallardan həmin qurum məsul olsun. Hansısa bir fəsad baş verən zaman binada bir uçqun, ya da sənədləşmədə problem baş verən zaman vətəndaşları müxtəlif qurumlara göndərirlər. Vətəndaşlar aylarla, illərlə süründürməçiliyə məruz qalırlar. Hər bir qurum məsuliyyəti öz üzərindən atır. Bütün bunların olmaması üçün tikinti ilə bağlı verilən bütün qərarlar, sərəncamlar bir qurum, "bir pəncərə"də birləşməlidir ki, həmin qurum da bununla bağlı məsuliyyət daşısın".
O ki qaldı indiki binaların tikintisinin keyfiyyətinə, ekspert dedi ki, əvvəlki illərdə binalar pərakəndə şəkildə tikilərdi: “İstifadə olunan sement, beton, armaturun keyfiyyəti aşağı faiz dərəcəsində ola bilirdi. Amma illərdir ki, bu sahəyə nəzarət edən müxtəlif qurumlar var, tikinti işləri gedən zaman binanın bünövrəsi qoyulan zaman nəzarət olunur. Orada istifadə olunan armatur, yaxud betondan analizlər götürülür. Hər mərtəbədə yoxlama işləri aparılır. Bundan sonra icazə verilir ki, tikinti işləri davam etsin. Düşünürəm ki, son 6-7 ildə tikilmiş binaların keyfiyyətində heç bir neqativ hal yoxdur. Bu, istər Bakıda, Abşeronda, istərsə də digər bölgələrdə olsun, fərq etmir, tikintilərlə bağlı qaydalar artıq dəyişib.
O ki qaldı baş verəcək problemlərə, tikinti işləri aparılan zaman müxtəlif qurumlardan sənədlər toplanılır. Həmçinin geologiyadan, torpağın laborator analizi götürülür. Həmin torpaq seysmik zonadadırsa, sürüşməyə meyllidirsə, həmin yerdə qrunt suları axırsa, tikintiyə icazə verilmir. Çünki zamanında belə icazələr verilib. Bu gün Bakıda çox binalar var ki, onların zirzəmiləri su ilə doludur, onların altından qrunt suları axır. Sürüşmə zonasında olan ərazilərdə də ev tikintisinə icazə verilməməlidir. Dünyanın hər yerində zəlzələlər mərhələli şəkildə başlayırsa, burada Yaponiyanın tikinti sahəsinə müraciət etmək olar. Yaponiyada demək olar ki, hər gün zəlzələ baş verir, ən hündür binalar Yaponiyadadır. Onlar bu sahədə nailiyyətlər əldə ediblər, hər gün zəlzələ baş versə də hiss olunmur. Onlar daha çox dəmir konstruksiyalardan istifadə edir, daha seysmik zonalarda dəmir relslərdən, təkərlərdən istifadə edirlər ki, zəlzələ zamanı bina yerindən tərpənsə də heç bir uçmaya səbəb olmasın".
Xəbərin oxunma sayı : 583
Sosial
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV