Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Sivilizasiyanın ömrünə maksimum 100 il qalıb – Alimlərin yeni proqnozu

Tarix 13.12.19, 19:15

Font ölçüsü : - / +
bitmap-img6


Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri 1973-cü ildə “World3” adlı riyazi model işləyib hazırlayıblar.

Bu model Cey Forrester adlı bir riyaziyyatçının elmi işinə əsaslanıb. Məqsəd əhali sayındakı artımın, sənayedəki inkişafın, ərzaq məhsulları istehsalının və məhdud təbii resursların Yer üzündəki həyata təsirini müəyyənləşdirmək olub. Əldə olunan nəticələrə əsasən, sivilizasiya artıq 2040-cı illərə doğru məhv olmalıdır.

“İnkişafın limiti” əsəri bu günün özündə də ən çox satılan kitablardan biridir. Kitabda Yer üzündə növbəti yaşam aspektlərinə təsir göstərəcəyi ehtimal edilən beş amil nəzərdən keçirilir: əhali artımı, kənd təsərrüfatı məhsullarının istehsalı, bərpa edilə bilməyən resursların tükənməsi, sənaye istehsalının həcmi və ətraf mühitin çirklənməsi. Avstraliya informasiya agentliyində bu tədqiqatdan bəhs edən materialın işıq üzü görməsi köhnə araşdırmanı yenidən aktuallaşdırıb. Maraqlıdır ki, həmin proqnozlardan bir neçəsi artıq həyata keçib. Məsələn, modelin proqnozlarına əsasən, planetin çirklənməsi elə bir həddə çatacaq ki, insanlara təhlükə kəsb etməyə başlayacaq, yaşam keyfiyyəti isə əvvəlcə pik həddə çatıb, sonra zəifləməyə başlayacaq. Növbəti illərdə tədqiqat bir sıra dəyişikliklərə məruz qalsa da, “World3” 2004-cü ildən işə salınmayıb. Material ilk dəfə işıq üzü görəndə model sadəcə bir neçə amil üzrə ümumi ehtimallar irəli sürüb.

Model göstərir ki, əhali artdıqca, ətraf mühit daha çox çirklənir və təbii resurslar daha çox istismar olunur. Dolayısıyla, sivilizasiya özü özünü dar ağacından asır, boğazına ilgək keçirir. Bu o demək deyil ki, sivilizasiyanın məhvi mütləq 2040-cı ildə baş verməlidir. Bu, 2050-ci ildə də baş verə bilər. Lakin model onu doğru qeyd edib ki, bəşəriyyətin fəaliyyətinin uzunmüddətli təsirləri var. Ən azından bu gün alimlər razılaşırlar ki, Yer səthində çirklənmə səviyyəsi, o cümlədən plastik tullantılar kritik həddə çatıb.

Bəzi tədqiqatçılar qeyd edir ki, dəyişiklik edilməsə, bəşəriyyətin ömrünü başa vurmasına cəmi 100 il qalıb. Bir məsələni də yaddan çıxartmaq lazım deyil: iqlim dəyişikliyi artıq indidən insanların həyatına, sağlamlığına neqativ təsir göstərir. Belə çıxır ki, 2040-cı il dünyanın sonu kimi tarixə düşməsə, bu o demək deyil ki, həmin hadisə daha sonra baş verə bilməz. Bu yaxınlarda 11 min alim fövqəladə iqlim vəziyyəti ilə bağlı xəbərdarlıq edib. Ona görə həyəcan təbilini çalmaq lazımdır. (Tərcümə: xarici pressa)



Xəbərin oxunma sayı : 496




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap