Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Siyavuş Novruzov növbədənkənar parlament seçkilərindən danışdı

Tarix 13.04.18, 22:16

Font ölçüsü : - / +
bitmap-img6


“Yəqin ki, kimsə deputat olmaq istəyir”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Report”a açıqlamasında deyib ki, hazırda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi gündəmdə deyil.

O, Milli Məclisə növbədənkənar seçkilərin hansı hallarda keçiriləcəyinə aydınlıq gətirib: “Birincisi, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Azərbaycan Konstitusiyasında dəyişiklik edilməlidir. Bunun üçün də ümumxalq səsverməsi keçirilməlidir. Konstitusiyada parlamentin hansı müddətdə fəaliyyəti ilə bağlı maddə var. Hətta parlament seçkilərinin hansı gün keçirilməsi də konstitusiya ilə müəyyənləşir.

İkincisi, 2016-cı ilin sentyabrın 26-da keçirilən səsvermə ilə Konstitusiyaya dəyişiklik edilib. Dəyişikliyə əsasən, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və qanunda nəzərdə tutulmuş digər məsələlərin öhdəsindən gələ bilmədikdə Prezident Milli Məclisi buraxır. Amma hazırda gündəmdə növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələ yoxdur. Yəqin ki, kimsə deputat olmaq istəyir, ona görə də bu məsələni ortaya atıb”.

Xatırladaq ki, V çağırış Milli Məclisə seçkilər 2015-ci ildə keçirilib və deputatların səlahiyyət müddəti 5 ildi. Ölkədə növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək.



Xəbərin oxunma sayı : 430




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap