Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Siyavuş Novruzov siyasi partiyalarla bağlı cəzaların sərtləşdirilməsini istəyir

Tarix 13.06.17, 18:33

Font ölçüsü : - / +
bitmap-img6


“Həm siyasi partiyaların, həm də qeyri-hökumət təşkilatlarının maliyyələşməsi ilə bağlı məsələyə baxılmalıdır. Bu yaxınlarda Baş Prokurorluq açıqlama verdi ki, bəzi qeyri-hökumət təşkilatları və siyasi partiyalar maliyyə gəlirləri ilə bağlı aidiyyəti qurumlara hesabat vermirlər. Bu məsələlər diqqətdə saxlanılmalıdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin növbədənkənar iclasında deyib.

O xatırladıb ki, QHT-lər Ədliyyə Nazirliyinə, siyasi partiyalar isə Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verməlidirlər: “Bu yaxınlarda siyasi partiyalardan birinin müavini başqa ölkəyə 41 dəfə səfər edib və oradakı banklardan müxtəlif valyutalarda pullar çıxarıb. Biz bu məsələlərin tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişiklik etməliyik, cəzalar sərtləşdirilməlidir. Bəzi partiyalar hesabatlarında “0” rəqəmi göstərirlər, amma bahalı avtomobilləri, cangüdənləri var. Bütün bu məsələlərə yenidən qayıtmaq lazımdır”.



Xəbərin oxunma sayı : 94




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap