Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Siyavuş Novruzovdan yeni ixtilaf mövzusu: “Azərbaycanın müstəqilliyi üçün ciddi maneələrdən biri AXC idi“

Tarix 14.11.17, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


Sovet ittifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqil dövlət quruculuğu üçün ciddi maneələrdən biri də həmin dövrdə səriştəsiz və təsadüfi adamların Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmələri ilə bağlı idi. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, ölkədəki böhrandan sui-istifadə edən Azərbaycan Xalq Cəbhəsi siyasi hakimiyyəti zəbt etdi: “AXC-nin siyasi hakimiyyəti demokratik yollarla deyil, zorakı və qeyri-sivil metodlarla ələ keçirməsi, əslində, bolşevizmin açıq təzahürü idi. Kütlə psixologiyasının və kütləvi psixoz vəziyyətinin yaratdığı imkanlardan yararlanan təsadüfi, idarəetmə təcrübəsinə malik olmayan şəxslərin siyasi hakimiyyətdə təmsil olunması çox keçmədən cəmiyyətdə özünün ağır fəsadlarını qabarıq şəkildə göstərməyə başladı”.

S.Novruzov vurğulayıb ki, həmin dövrdə Azərbaycan xalqı çoxsaylı problemlər girdabından qurtulmağın yeganə çıxış yolunu tanınmış siyasətçi Heydər Əliyevin siyasi hakimiyyətə dəvət edilməsində görürdü:

“Ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində görülən işlər - atəşkəsə nail olunması, etnik separatizm meyillərinin aradan qaldırılması dünyanın aparıcı ölkələri ilə neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması Dağlıq Qarabağ probleminin həllinə təsir göstərməyə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxardı. Habelə müstəqil dövlətin ilk Konstitusiyası qəbul olundu. Əgər 1992-ci ildə YAP-ın yaranması müstəqil Azərbaycanın ideoloji təməllərinin, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” iqtisadi bazasının əsasını qoyurdusa, 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində qəbul edilmiş Konstitusiya onun hüquqi əsaslarını müəyyənləşdirdi. 1994-1995-ci illərdə baş verən dövlət çevrilişinə cəhdlər zamanı YAP ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək xalqımızın hakimiyyətin müdafiəsi istiqamətində monolit birliyinin yaranması naminə uğurla fəaliyyət göstərərək zamanın imtahanından şərəflə çıxdı”.

14.11.201710:25 435



Xəbərin oxunma sayı : 130




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap