Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Soçi görüşünün bəzi detalları üzə çıxdı: Əliyev Putinə nə deyib...

Tarix 23.07.17, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan və Rusiya prezidentlərinin iyulun 21-də axşam Soçidə keçirilmiş işgüzar görüşünün bəzi detalları məlum olub. Rusiya hökumətinə yaxın qaynaqlardan virtualaz.org-a bildirildiyinə görə görüşdə Azərbaycan prezidenti İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinə üçüncü qüvvələrin müdaxiləsini nəzərdə tutan “ağrılı məsələ” barədə danışıb

Görüşdə qeyd olunub ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir.Bura Rusiyanın dövlət orqanlarında təmsil olunan və antiazərbaycan mövqeyi tutan şəxslər də daxildir. Bu qüvvələr, habelə bir sıra beynəlxalq dairələr Azərbaycan-Rusiya münasibətlərinə zərər vurmaq istəyirlər.

Prezidentlər qeyd ediblər ki, ölkələr arasında münasibətlər, bu münasibətlərin dərinliyi və inkişaf perspektivləri, habelə  iki dövlət başçıları arasında dostluq və qarşılıqlı etimad bu cür cəhdlərin qarşısını almağa imkan verən mühüm amillərdir.

Tərəflər onu da qeyd ediblər ki, iki ölkə münasibətlərinə kənardan müdaxilə cəhdləri nəticə verməyib və bundan sonra da belə cəhdlər boşa çıxacaq.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan KİV-ləri, o cümlədən virtualaz.org saytı dəfələrlə Rusiyadakı ermənipərəst dairələrin və erməni diasporuna bağlı qüvvələrin Azərbaycana qarşı düşmənçilik münasibəti formalaşadırmaq səyləri barədə yazıb. Rusiyanın dövlət strukturlarında postlar tutan ermənilər Rusiyanın dövlət-milli maraqlarını deyil, daha çox dünya erməniliyinin maraqlarını üstün tuturlar.

Bu yaxınlarda Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv etməsi də həmin qüvvələrin işidir. Hansı ki, bu addım Bakıda təəcüb və narahatlıqla qarşılanıb. Habelə Bakını Rusiya XİN-in antiazərbaycan bəyanatları narahat edir. Xəbər verildiyi kimi bu günlərdə Rusiya XİN tamamilə yersiz və kobud şəkildə Azərbaycanı “Rusiya vətəndaşlığı daşıyan etnik erməniləri sıxışdırmaqda” günahlandırmışdı. Habelə məlum olmuşdu ki, Rusiyanın İrandakı səfiri Levan Caqaryan Azərbaycan, İran və Rusiya prezidentlərinin ötən ilin avqusunda Bakıda şəxsən dəstək verdikləri “Şimal-Cənub” nəqliyyat dəhlizinə qarşı iş aparır.








Xəbərin oxunma sayı : 247




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap