Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

SOCAR-ın Türkiyədəki törəməsi İstanbul birjasının lideri oldu

Tarix 06.01.17, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


2016-cı ildə İstanbul birjasında xarici investorlar 614 mln. dollarlıq alış gerçəkləşdirib.

APA xəbər verir ki, xarici investorlar ilin 4 ayında satış, 8 ayında isə alış həyata keçirib.

2016-cı ilə alışla start verən xarici investorlar may ayınadək ümumilikdə 1,8 mlrd. dollarlıq əməliyyat aparıblar. May ayından etibarən isə investorlar ABŞ-ın Federal Ehtiyat Bankı (FED) tərəfindən uçot dərəcəsinin artırılmasını nəzərdən keçirib və sürətli şəkildə satışlara başlayıb. 3 ay davam edən bu proses nəticəsində xarici investorlar ümumilikdə 1,4 mlrd. dollarlıq satış həyata keçiriblər.

Xarici investorlar dekabr ayında daha çox bank səhmlərinə yatırım ediblər. Buna paralel olaraq, ilin son ayında xarici investorlar sənaye şirkətlərinin hissələrindən "canını qurtarıb".

Dekabr ayında ən çox maraq göstərilən qiymətli kağızlar "HalkBank"ın səhmləri olub. Eyni zamanda, ən çox satılan SOCAR-ın törəmə müəssisəsi olan "Petkim Petrokimya Holding A.Ş."-nin ("Petkim") səhmləri olub. Dekabr ayında "Petkim"in 16,9 mln. dollarlıq səhmi satılıb.



Xəbərin oxunma sayı : 136




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap