Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

SOCAR İrandakı layihələrdə iştirak üçün razılıq aldı

Tarix 24.05.17, 18:38

Font ölçüsü : - / +
bitmap-img6


SOCAR İranın "E&P Companies" şirkətinin tərəfdaşları siyahısına əlavə olunub

Bunu APA-ya eksklüziv açıqlamasında İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zamaniniya bildirib.

Nazir müavini bildirib ki, müvafiq müraciət ötən ay SOCAR tərəfindən daxil olub: "SOCAR ötən ay İrandakı layihələrdə iştirak etmək üçün müraciət edib. Şirkətin müraciətinə baxılıb və ona müsbət cavab verilib. Beləliklə, SOCAR "Shell", Total" kimi nəhəng şirkətlərlə paralel İrandakı layihələrdə iştirak edə və ölkəmizə sərmayə yatıra bilər. Biz SOCAR-ı ciddi oyunçu kimi qəbul edirik. SOCAR İrandakı ciddi layihələrdə iştirak etmək üçün böyük potensiala malikdir. Bu səbəbdən də onun müraciətinə müsbət cavab verilib".

Onun sözlərinə görə, SOCAR İranda həm qazma, həm də emal sahəsində reallaşdırılan layihələrdə iştirak edə bilər. "SOCAR-a potensial layihələr təklif olunub və şirkət özü həmin layihələri seçməlidir. Başqa sözlə, biz seçimi SOCAR-ın ixtiyarına buraxmışıq. Bizdə olan məlumata görə, SOCAR layihələrlə bağlı araşdırma aparır".



Xəbərin oxunma sayı : 88




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap