Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

SOCAR Azərbaycan iqtisadiyyatı üçün kritik əhəmiyyətə malikdir – S&P

Tarix 15.07.17, 19:58

Font ölçüsü : - / +
bitmap-img6


“Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi SOCAR-ın “BB” səviyyəsində olan uzunmüddətli korporativ kredit reytinqini “CreditWatch Negative” siyahısına daxil edib.

“APA-Economics” təşkilatın yaydığı açıqlamaya istinadən xəbər verir ki, SOCAR-ın reytinqinin “CreditWatch Negative” siyahısına daxil olması bəzi qeyri-müəyyənliklərlə bağlıdır. Əsas qeyri-müəyyənlik SOCAR-ın maliyyə göstəricilərində 2016-cı ildə müşahidə olunan mənfi dinamikanın dövlət dəstəyi nəticəsində bu il əks istiqamətdə dəyişib-dəyişməyəcəyi ilə bağlıdır.

S&P SOCAR-ın maliyyə siyasətinin və dövlət şirkətinin rəhbərliyinin əsaslı xərclərə, likvidliyin idarə olunmasına və ticarət əməliyyatlarına yanaşmasının qeyri-müəyyən olduğunu bildirir.

Bununla yanaşı, agentliyin analitikləri SOCAR-ın reytinqinə müsbət təsir edən amilləri də açıqlayıb. Belə ki, agentlik hökumətin SOCAR-a verə biləcəyi dəstəyi “fövqəladə yüksək” səviyyədə qiymətləndirir. “Biz bir daha təsdiqləyirik ki, SOCAR neft-qazdan asılı olan ölkə iqtisadiyyatı üçün olduqca kritik rola malikdir. Buna baxmayaraq, biz hökumət tərəfindən SOCAR-ın konsolidasiya olunmuş maliyyə göstəricilərinə, əsaslı xərclərinə və risklərin idarə olunmasına necə nəzarət olunmasını nəzərdən keçirməliyik. Bundan başqa, bizə hökumət tərəfindən SOCAR-ın investisiya proqramına hansı formada dəstəyin verilməsi ilə bağlı detallı informasiya lazımdır”, – deyə açıqlamada deyilir.

S&P həmçinin dövlət tərəfindən SOCAR-ın neft-qaz hasilatı ilə bağlı olmayan biznesinin (məsələn, Türkiyədə yerləşən kimya və neft emalı müəssisələrinin tikintisi və ticarət əməliyyatları) inkişafına veriləcək dəstəyin motivini də analiz edəcək.



Xəbərin oxunma sayı : 139




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap