Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Somali paytaxtındakı partlayış qurbanlarının sayı 300 nəfəri ötdü

Tarix 16.10.17, 21:49

Font ölçüsü : - / +
bitmap-img6


Somalinin paytaxtı Moqadişo şəhərində ötən şənbə günü törədilmiş partlayış nəticəsində həlak olanların sayı 300 nəfəri ötüb

Bu barədə Reuters agentliyi şəhərin təcili tibb xidmətinin başçısı Abdiqadir Abdirəhmana istinadla məlumat yayıb. “Təsdiqləyə bilərik ki, partlayış nəticəsində 300-dən çox insan həlak olub. Bu say arta bilər, belə ki, bəzi insanlar hələ də itkin düşmüş sayılır”.

Bundan əvvəl 276 nəfərin öldüyü və 275 nəfərin yaralandığı bildirilirdi.

Xatırladaq ki, bomba yüklü avtomobil paytaxtın Hodan rayonunun izdihamlı küçələrinin birində, Safari otelinin qarşısında partladılıb. Partlayışın məsuliyyətini hələlik heç bir terror qruplaşması üzərinə götürməyib. Lakin ölkənin hakimiyyət orqanları baş verənlərdə “Əl-Qaidə”yə bağlı “Aş-Şabab” qruplaşmasını ittiham edir. Somali hökuməti ilə silahlı mübarizə aparan bu qruplaşma indiyədək ölkə ərazisində onlarla terror aktı törədib. Oktyabrın 14-də Moqadişoda baş vermiş partlayış isə son illər Somalidə qeydə alınan ən böyük terror hücumudur.



Xəbərin oxunma sayı : 118




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap