Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Son 2 ildə Xalq artistlərinin təqaüdü 50%, müharibə əlillərinin təqaüdü 10% artıb - RƏSMİ

Tarix 19.05.19, 15:10

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 62 min 763 nəfərə ölkə prezidentinin təqaüdü təyin edilib

Bu şəxslərə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 151 manat 71 qəpik olub. Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, bu cür təqaüd alanlar arasında ümumi səbəblərdən I qrup əlilliyi olanlar üstünlük təşkil edir. 24 min 967 nəfər I qrup əlilliyi görə təqaüd alır. I qrup əlilliyi görə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 73 manat təşkil edir
İkinci sırada müharibə əlilləri dayanır. Bu kateqoriyada təqaüd alanların sayı 21 min 403 nəfər olub. Müharibə əlillərinə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 154 manat 51 qəpik olub.
Üçüncü sırada isə 11 min 975 nəfərlə şəhid ailələri yer alır. Şəhid ailələrinə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 259 manat 95 qəpik olub.
Ən yüksək təqaüd məbləği isə Prezidentin fərdi təqaüd təyin etdiyi şəxslər alır. Hazırda Azərbaycanda 400 nəfər Prezidentin fərdi təqaüdünə layiq görülüb və bir nəfərə düşən orta məbləğ 1450 manata bərabər olub.
Bundan başqa Milli Qəhrəman adı verilən şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış uşaqlarına verilən təqaüdün də məbləği yüksək olub - 1392 manat 90 qəpik.
Eyni zamanda 248 nəfər "Xalq" Fəxri adına, 2 min 924 nəfər isə "Əməkdar" Fəxri adına görə təqaüd alır. "Xalq" Fəxri adına görə verilən təqaüdün orta məbləği 150 manat, "Əməkdar" Fəxri adına görə verilən təqaüdün orta məbləği isə 100 manat olub və Prezidentin təqaüdləri arasında ən aşağı göstərici hesab edilir.
Məlumat üçün onu da bildirək ki, son 2 ildə  "Xalq" Fəxri adına görə verilən təqaüdün orta məbləği 50% və ya 50 manat, "Əməkdar" Fəxri adına görə verilən təqaüdün orta məbləği 67% və ya 40 manat, müharibə əlillərinə verilən təqaüdün orta məbləği isə 10,5% və ya 14 manat 66 qəpik artib.



Xəbərin oxunma sayı : 331




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap