“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Son 5 ildə ilk dəfə yüksək rütbəli ABŞ rəsmisi Lukaşenko ilə görüşüb - KİV

Tarix 16.02.25, 14:28

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ hökumətinin yüksək rütbəli məmuru son beş ildə ilk dəfə Minskə səfər edib və burada ölkə Prezidenti Aleksandr Lukaşenka və Belarusun milli təhlükəsizlik naziri ilə görüşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, səfərlə bağlı rəsmi məlumat verilməyib.
Nəşrin yazdığına görə, Vaşinqton Rusiyanın hərbi-siyasi müttəfiqi olan Belarus hakimiyyətinə təklif edib ki, xeyli sayda siyasi məhbusun azadlığa buraxılması müqabilində ABŞ bu ölkənin bank sisteminə və iqtisadiyyatın mühüm sektorlarına, o cümlədən gübrə sənayesinə qarşı sanksiyaları yumşalda bilər.
Qeyd edək ki, bu həftə Belarus hakimiyyəti üç məhbusu, o cümlədən “Azadlıq” radiosunun Belarus xidmətinin jurnalisti Andrey Kuzneçiki və adı açıqlanmayan ABŞ vətəndaşını azad edib.
NYT yazır ki, ABŞ dövlət katibinin köməkçisinin müavini Kristofer Smit və iki amerikalı rəsmi məhbuslar buraxılmazdan əvvəl Minskə səfər edib. Bu, Lukaşenkonun son beş ildə ABŞ-nin yüksək rütbəli rəsmisi ilə ilk görüşü olub.
Mənbələrin məlumatına görə, Belarusdan qayıtdıqdan sonra Smit Vilnüsdə diplomatlarla görüşdə siyasi məhbusların azad edilməsini “böyük qələbə” və prezident Trampın “güc vasitəsilə sülh” siyasətinin təntənəsi adlandırıb.
Rəsmi Minsk, eləcə də ABŞ Dövlət Departamenti hələlik NYT-nin yaydığı məlumatı şərh etməyib.



Xəbərin oxunma sayı : 1024




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap