Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Son günlər əhali arasında çox yayılan virus hansıdır? - TƏBİB rəsmisi açıqladı

Tarix 07.12.22, 22:17

Font ölçüsü : - / +
bitmap-img6


"Pandemiya müddəti ərzində digər yuxarı tənəffüs yollarının virus mənşəli xəstəliklərilə insanlar daha az qarşılaşdığına görə bu xəstəliklərə qarşı qazanılmış immunitetdə də azalma müşahidə edilib. Bu səbəbdən əvvəlki illərdə daha az yayılan bu xəstəliklərə əhalinin daha tez yoluxma və xəstəliyin daha ağır simptomlarla müşahidə olunma riski artır".

Bu fikirləri Baku.ws-ə açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, havaların soyuq keçdiyi son günlərdə əhali arasında yuxarı tənəffüs yollarının virus mənşəli xəstəliklərinə yoluxma sayının artması və xəstəlik simptomlarının daha uzunmüddətli davam etməsi ilə əlaqədar məlumatlar yayılıb:

"Bütün dünyanı öz təsiri altına alan COVID-19 pandemiyası zamanı dünya əhalisi arasında maska, sosial məsafə və əl gigiyena qaydalarına əvvəlki illərlə müqayisədə daha ciddi riayət olunduğu müşahidə edilib. Pandemiya müddətində insanlar arasında maska istifadəsi onların COVID-19-la yanaşı hava-damcı yolu ilə yayılan digər mənşəli virus xəstəliklərindən qorunmasına da şərait yaratıb. Bunun qarşısının alınmasının ən uğurlu yolu maska, sosial məsafə və əl gigiyenası qaydalarına ciddi şəkildə riayət olunmasıdır. Əhali arasında yuxarı tənəffüs yollarının virus mənşəli xəstəliklər arasında ən çox yayılmışı COVID-19-la yanaşı qrip və respirator sinsitial virusdur (RSV)".

Həkimin sözlərinə görə, son dövrlərdə bir çox dünya ölkəsində qış aylarında “üçlü epidemiya” (triple epidemic) adı altında COVID-19, qrip və RSV-nin daha çox yayılıb:

"Qeyd edək ki, COVID-19 və qrip virusuna qarşı vaksinlər mövcuddur və vaksin vurduraraq həmin xəstəliklərin ağırlaşma riskini azalda bilərik. Təəssüflər olsun ki, RSV-yə qarşı vaksin mövcud deyil və yoluxmağın qarşısının alınmasının ən həssas yolu maska, sosial məsafə və əl gigiyena qaydalarına ciddi şəkildə əməl olunmasıdır".



Xəbərin oxunma sayı : 631




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap