“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Son günlər əhali arasında yayılan virus nədir? - Səhiyyə Nazirliyindən açıqlama

Tarix 12.05.26, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


“Son zamanlar əhali arasında müşahidə olunan halsızlıq, küt ağrılar, ürəkbulanma və qusma kimi simptomlar çox vaxt kəskin qastroenterit və ya xalq arasında "mədə-bağırsaq qripi" kimi tanınan virus mənşəli infeksiyaların əlamətidir”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, bu vəziyyətə ən çox səbəb olan infeksiyalar Adenovirus, Norovirus və Rotavirus yayılır və bədəndə ciddi halsızlıq, əzələ ağrıları və həzm sistemi pozuntuları yaradır:

“Həmçinin, mövsümi respirator virusların bəzi ştamları da abdominal simptomlarla müşayiət oluna bilər. Bundan başqa, mədə-bağırsaq əlamətləri xüsusilə isti havalarda bakteriyaların (məsələn, Salmonella, Stafilokok) qidalarda sürətlə artması nəticəsində bu qidaları qəbul etdikdə də baş verə bilər.

İnfeksiyadan qorunmaq üçün gigiyena qaydalarına ciddi riayət edilməlidir. Əlləri tez-tez sabunla, ən azı 20 saniyə yumaq lazımdır. Meyvə-tərəvəzlər bol su ilə yuyulmalı, ət və süd məhsullarının saxlanma şəraitinə diqqət edilməlidir. Xəstə şəxslərlə yaxın təmasdan və onların şəxsi əşyalarından istifadə etməmək lazımdır. Simptomlar başladıqda bədənin susuzlaşmaması üçün bol su, mineral sular və ya xüsusi elektrolit məhlullarından istifadə edilməlidir. Böyüklər üçün bu növ ümumi mədə-bağırsaq viruslarına qarşı universal bir vaksin yoxdur”.

Rotavirus vaksini əsasən körpələrə və uşaqlara tətbiq edilir

“Rotavirus vaksini əsasən körpələrə və uşaqlara tətbiq edilir. Virus mənşəli hallarda antibiotiklər effektiv deyil. Müalicə adətən simptomatikdir (qusma əleyhinə preparatlar, sorbentlər və itirilmiş mayenin bərpası), lakin dayanmadan davam edən şiddətli qusma,yüksək hərarət (38.5°C və yuxarı),nəcisdə qan və ya şiddətli qarın ağrısı, ciddi susuzlaşma əlamətləri (ağız quruluğu, sidik ifrazının azalması, başgicəllənmə) olduqda dərhal həkimə müraciət etmək lazımdır”. (apa)



Xəbərin oxunma sayı : 1243




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap