“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Sosial şəbəkədə canlı yayım açıb söyüş söyən üç gənc cəzalandırıldı - 15 günlük həbs

Tarix 11.05.26, 19:21

Font ölçüsü : - / +
bitmap-img6


Şəmkirdə üç gənc həbs olunub.

AzFakt.com Lent.az-a istinadən xəbər verir ki, üç həmkəndli - 22 yaşlı Zaur Hümbətov, 20 yaşlı İsgəndər Səfərov və 25 yaşlı Tofiq Kərimov (adlar və soyadlar şərtidir) - avtomobildə olarkən "TikTok" platformasında canlı yayım açıb.

Bu zaman dostlar nalayiq ifadələr işlədiblər və rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə aparılıblar.

Burada onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Gənclər bildiriblər ki, canlı yayımı onlardan biri açıb və digərlərinin bundan xəbəri olmayıb. Həmçinin onlar canlı yayımın bağlanmasını istəyiblər. Canlı yayımı açan şəxsin sözlərinə görə, mikrofonu bağladığını düşünsə də, sonradan yanıldığını görüb. Nəticədə dostların danışıq zamanı yol verdiyi bütün nalayiq sözlər canlıya düşüb. Onlar əməllərindən peşman olduqlarını bildiriblər.

Məhkəmənin qərarı ilə həmkəndlilərin hər biri barəsində 15 günlük inzibati həbs qərarı seçilib.



Xəbərin oxunma sayı : 1213




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap