Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sosial mənzillərin seçilməsi daha da asanlaşdı - VİDEO

Tarix 21.01.19, 21:27

Font ölçüsü : - / +
bitmap-img6


"Güzəştli mənzillər"in seçilməsi daha da asanlaşdı.

Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev yanvarın 14-də imzaladığı fərmanla "Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nda dəyişikliklər edib.

Yeniliklərdən biri "Güzəştli mənzil" sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını almasıdır. Bu dəyişiklik sayəsində vətəndaşlar agent banklar tərəfindən veriləcək kreditin məbləğini və müddətini öncədən müəyyən edə biləcək. Bu da onların mənzil seçimini və əldə edilməsini rahatlaşdıracaq.

Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Dadaşova bildirib ki, digər yeniliyə görə, "Güzəştli mənzil" sistemində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Nəticədə də imtina edilən mənzilə digər şəxslərin sahib olmaq şansı yaranır.

Digər yenilik isə mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçündür. Həmin vətəndaşlar üçün ayrıca satış elanı veriləcək. Yeniliklər bu il may ayından etibarən tətbiq ediləcək.






Xəbərin oxunma sayı : 190




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap