Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Spirtli içkilərin pərakəndə satışına qoyulan qadağa aradan götürülüb - RƏSMİ

Tarix 01.01.17, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


Bu gündən Azərbaycanda spirtli içkilərin pərakəndə nağd qaydada satışına qoyulan qadağa aradan qaldırılıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bu fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dekabrın 31-dək markalanmalı malların (pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmirdi.


Qaydada edilən dəyişikliyə əsasən, aksiz markası ilə markalanmalı malların (pərakəndə satış istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilməyəcək. Yəni, bundan sonra içməli spirt, spirtli içkilərin bütün növlərinin pərakəndə nağd qaydada satışına icazə veriləcək.

"Aksiz markası ilə markalanmalı olan mallar" dedikdə içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 79




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap