Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

SSRİ rəhbərini “qatil” adlandıran ilk din xadimi - Allahşükür Paşazadə 20 yanvar günü Mixail Qorbaçova nə yazmışdı? (TARİX)

Tarix 18.01.19, 19:59

Font ölçüsü : - / +
bitmap-img6


"Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək, mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm”.

1990-cı il yanvarın 21-də gecə gülləbaran edilmiş, xaosa bürünmüş  Bakıdan Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovu ittiham edən sərt bəyanat səsləndi. 

Qanlı hərbi müdaxilədən sonra siyasi idarəetməni itirmiş, sovet hərbi cəza dəstələrinin  qanlı caynağında olan Azərbaycanda SSRİ rəhbərini  cinayətdə günahlandıran respublikanın kommunist rəhbərliyi yox, din xadimi - Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə idi!

Lenin meydanına toplanmış milyonlarla azərbaycanlı al qərənfillərə bürünmüş şəhid cənazələrini çiyniləri üzərinə qaldırarkən QMRİ rəhbəri bu izdihamın bütün siyasi və ictimai məsuliyyətini daşıyan vacib fiquruna çevrilmişdi. 

A.Paşazadə öz müraciətində Mixail Qorbaçovu Bakıda baş vermiş qanlı qırğının əsas təşkilatçısı elan edərək onu qatil adlandırdı: "Yanvarın 19-dan 20-ə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanıb. Bunların arasında uşaqlar, qadınlar və qocalar var. Onların tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikə-parça edilmiş cəsədləri insanı dəhşətə gətirir. Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz”.

Şeyxülislam öz bəyanatında qoşunların yeridilməsi üçün uydurulmuş bütün səbəbləri Azərbaycan xalqının nifrət və qətiyyətlə rədd etdiyini bildirirdi: "Çox yaxşı bilirsiniz və bunu mənim sizə vaxtilə dediklərimdə sübut edir ki, Zaqafqaziyanın müsəlman ruhaniləri siyasi və millətlərarası münaqişələrdə dindən silah kimi istifadə etmək niyyətində olmayıb. Uydurma "islam faktorunu” hərc- mərclik törədən bir səbəb kimi ortaya atmaq qəzəb doğurmaya bilməz. Tamamilə aydındır ki, bununla müəyyən məqsəd güdülüb. Demək, müsəlmanları xristianlara qarşı qoymaqla millətlərarası toqquşmaları daha da kəskinləşdirmək niyyəti güdülüb”.

QMİ sədri qüdrətli və amansız sovet hərb maşınını qarşısında SSRİ-yə meydan oxuyurdu:  "O dövlətki öz ordusunu öz vətəndaşlarının qatilinə çevirir, o dövlət ki, öz adamlarına layiqli güzərandan daha çox ölmək hüququ verir, belə dövlət ancaq nifrətə layiqdir”.

Mixail Qorbaçova ünvanlanan bu sənəddə onun yürütdüyü "yenidənqurma”siyasətinin  prinsiplərinin xalqlara bəla gətirdiyi vurğulanırdı: "Özlərini əsl işğalçı kimi aparan, cəza qoşunlarını Bakıya yeritməklə siz sovet hökumətini rüsvay etdiniz və bununla təsdiq etdiniz ki, müstəqillik və xalqların ləyaqəti kimi anlayışlar bu hökumətə tamamilə yaddır. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanədə puç oldu. Çünki bir əli ilə xarici məmləkətlərdə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı "Sülh uğrunda mübariz" adlandırmaq ən azı ləyaqətsizlikdir”.

"Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək, mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin, azərbaycanlılarla silah gücüylə danışmaq olmaz. Bu, 10 gün, yaxud Əfqanıstandakı kimi 10 il davam edə bilər. Amma gec-tez ədalət və haqq işi qələbə çalmalıdır”-deyə bəyanatında Şeyxülislam bildirirdi.

Bu bəyanat SSRİ-də dövlət rəhbərinin din xadimi tərəfindən ittiham edildiyi ilk sənəd idi. Sovet sistemində dindarlar dövlətin "ikinci dərəcəli vətəndaşları” sayıldığından  QMRİ sədrinin reaksiyası Sovet rəhbərliyi üçün gözlənilməz oldu. 

"Bilirdim ki, məni öldürəcəklər və bundan heç qorxmurdum. Hər şeyi göz önünə almışdım. O vaxta kimi dini liderin dövlət rəhbərinə, həm də SSRİ kimi dövlətin rəhbərinə belə müraciəti hələ olmamışdı. Bu hadisələrdən sonra öz ailəmə vəsiyyətimi də etmişdim”-deyə A.Paşazadə müsahibələrinin birində açıqlamışdı. 

Sonralar müsahibəsində bu bəyanatın yazılma şəraitinə toxunarkən A.Paşazadə demişdi ki, bu həm də Azərbaycanın son 70 ildə məhv edilmiş işıqlı adamlarının, ruhanilərinin məhvinə olan etiraz idi: "Mən həm də sovet dövrünün, kommunist rejiminin dini lideri olmuşam. O zamanlar mənim kimi Şeyxülislamların başına az oyunlar gətirmirdilər, bizi çox incidirdilər. Mixail Qorbaçova etiraz məktubunu yazmaqda 70 il boyunca məhv edilmiş, Sibirdə sürgün edilmiş soydaşlarımızın, möminlərimizin acı  taleyinin də təsiri az olmadı”.

Bu bəyanatın meydana çıxması təsadüfi deyildi. QMİ o zaman xalqın ağır günündə milyonlarla vətəndaşların yeganə ümid yerinə çevrilmişdi. Həmin günlərdə QMİ informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etdi və xalqın mənəvi dəstəkçisinə çevrildi. Dini idarə özündən asılı olmayaraq Azərbaycanda vakkuma düşmüş siyasi hakimiyyətlə xalq arasında əlaqəni quran həlqəyə çevrilmişdi.  Şeyxülislamın Qorbaçovu ittiham edən bəyanatı onu ölkənin tanınmış ictimai xadimlərinin cərgəsinə çıxardı. Belə bir status sovet sistemi üçün tamamilə yeni bir təzahür idi. 

Şeyxülislam Allahşükür Paşazadə bu müraciəti ilə bütün dünyanın diqqətini Azərbaycana yönəldə bildi. Bakıda törədilmiş dəhşətli qırğından cəmi bir neçə gün sonra Moskvaya gələn İtaliyanın məşhur "Reppublika” qəzetinin əməkdaşı Etsio Mauro Roma Papası II İoann Pavelin xüsusi tapşırığına əsasən Allahşükür Paşazadə ilə telefon əlaqəsi yaratdı. Şeyxülislamın müsahibəsinin dərc olunduğu qəzet ətraf aləmdən təcrid edilmiş Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi  KİV oldu.  

Bakı qırğını Mixail Qorbaçovun siyasi bioqrafiyasına qara hərflərlə yazıldı. Uzun illər bu barədə verilən suallardan qaçan sabiq prezident yalnız SSRİ-nin suqutundan sonra Bakıya ordu yeridilməsinin səhv olduğunu etiraf etməyə özündə cəsarət tapa bilmişdi. O, yazdığı  "Həyat və islahatlar” kitabındakı memuralarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən yazır: "Bu faciəli hadisədən dərs götürdüm. Hakimiyyət ekstremal situasiyada güc tətbiqindən imtina edə bilməz. Ancaq bu aksiya mütləq olaraq əsaslandırılmalı və çox sərt tədbirlərlə bağlı addım məhdudlaşdırılmalıdır. Problemin həlli yalnız siyasi yolla tapılmalıdır”. Onun ruhi sarsıntısını isə arvadı Raisa Qorbaçova yazdığı "Mən ümid edirəm ki...” kitabında  göstərib: "Mən gecə zənglərin birini xatırlayıram: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə evə gələn zəngi... Bakıda hadisələrin baş verdiyi o gecəni.. Yadımdadır, 20 yanvar günü səhər tezdən mən Mixail Qorbaçovu tanımadım: Ağappaq ağarmış, boz sifət, ruhi sarsıntı və ürək böhranı...".

Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü xalqımızın milli müstəqillik uğrunda mübarizəsinin rəmzinə çevrilib.  Sovet cəza dəstələrinin qanlı cinayətinə baxmayaraq bu müstəqillik hərəkatı yetişdirdiyi ictimai liderlərinin sayəsində özünün şərəfli adını dünya azadlıq mübarizəsinin səhifəsinə yaza bildi. 
 
Əfqan Abbaszadə



Xəbərin oxunma sayı : 544




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap