Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Stels qırıcılar, daşıyıcı qatil raketlər və ölümcül QABR-lar:Çin ordusu necə təkamül edir?

Tarix 19.03.19, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın Müdafiə Kəşfiyyat Agentliyinin “Çinin Hərbi Gücü – Döyüşmək və Qazanmaq üçün bir Qüvvənin Modernləşdirilməsi” başlıqlı 125 səhifəlik hesabatı Çinin hərbi modernizasiya səylərini detallı şəkildə ortaya qoyub. Hesabatda o da qeyd edilib ki, Çin Xalq Azadlıq Ordusu “milli ordu”dan daha çox Çin Kommunist Partiyasının mövcudluğunu zəmanətə almaq üçün var olan ÇKP-nin silahlı qoludur. 

Buna görə də ÇKP öz iqtidarını itirməkdən qaçmaq üçün hərbi gücün möhkəmləndirilməsi işində olduqca səxavətli davranır və XAO-ya 2000-ci ildən 2016-cı ilə qədər illik 10% artırılmış büdcə təmin edilib.
2015-ci ilin sonunda Çin prezidenti Si Tsinpinq 30 ildə XAO-nun ən böyük islahatlarını açıqladı. İslahatların məqsədi ordunu ABŞ ordusu ilə rəqabət apara biləcək səviyyədə möhkəmləndirmək, müxtəlif növ əməliyyatların həyata keçirilməsində daha ölümcül qüvvə halına gətirməkdir.

Struktur islahatları nəticəsində ayrılıqda XAO QQ-nin qərargahı yaradıldı, Çin Raket Qüvvələri, Hərbi Hava Qüvvələri və donanması bərabər təməl üzərində yüksəltdi. Bu islahatlar gələn il tamamlanacaq. Si 2017-ci ilin oktyabrında 19-cu Partiya Konqresində etdiyi çıxışında XAO-nu bütün strateji istiqamətlərdə hərbi mübarizəyə hazır olmağa çağırdı və bildirdi ki, XAO üçün üç əsas inkişaf hədəfi var: 2020-ci ilə qədər daha böyük informasiyalaşdırılmış və strateji imkanlara malik mexaniki qüvvə olmaq, 2035-ci ilə qədər tam modernləşdirilmiş qüvvə olmaq və əsrin ortalarına qədər dünyanın birinci sinif ordusu halına gəlmək.

Hədəfin dünya arenasında hərbi üstünlüyü genişləndirmək olsa da, Çinin başlıca təhdid gözləntiləri hələ də suverenlik və daxili təhlükəsizlik məsələləridir. Bunlar arasında Tayvan, Uyğur, Tibet problemləri, Cənubi Çin dənizində mübahisəli ərazilərin nəzarəti, Koreya yarımadası və Hindistanla mübahisəli sərhədlərdir. 

2015-ci ildə Pekin həm ənənəvi, həm də nüvə imkanlarına malik DF-26 ortamənzilli ballistik raketini təqdim etdi. İkinci ballistik raketinin həm də gəmi əleyhinə raketlər daşıya bildiyi bildirilir. Hesabatda o da qeyd edilib ki, Çinin hazırda Birləşmiş Ştatlara çata biləcək təxminən 75-100 qitələrarası ballistik raketi mövcuddur. Eyni zamanda Çin özünün yeraltı təsisatlarını təkmilləşdirib. Buna səbəb xüsusilə 1991-ci ildəki Körfəz Müharibəsi zamanı ABŞ-ın zəif təsisatları məhv etmək imkanına malik olduğunun aydın olması təkan verib.  (Ordu.az)



Xəbərin oxunma sayı : 472




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap