Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Stress və psixoemosional gərginlik öskürəyə səbəb olur

Tarix 24.09.17, 1:59

Font ölçüsü : - / +
bitmap-img6


Fizioloji olaraq öskürək yuxarı tənəffüs yollarının qıcıqlanması nəticəsində orqanizmin verdiyi qoruyucu cavab reaksiyasıdır

 Öskürək çox sadə xəstəlik sayılan soyuqdəymə, zökəmin, eyni zamanda, xərçəng kimi ağır patoloji proseslərin əlaməti kimi də ortaya çıxır.

Azərtac xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pulmonologiya, allerqologiya şöbəsinin müdiri, assistent Kəmalə Ağayeva öskürəyi yaradan səbəblər haqqında danışıb.

Həkim deyib: “Öskürək haymorit, faringit, laringit, bronxit, ağciyərin spesifik və qeyri-spesifik iltihabi xəstəlikləri, eləcə də vərəm, pnevmoniya, bronxial astma və bu kimi bir sıra problemlərin nəticəsində yaranır. Bundan başqa, mədə-bağırsaq sisteminin patologiyaları, daha çox reflüks zamanı, eləcə də ürək-qan damar sisteminin patologiyalarında öskürək yarana bilər. Yuxarı tənəffüs yollarının infeksiyaları ilə bağlı olan öskürək normal halda bir neçə gün, bir həftə, uzaqbaşı iki həftə ərzində keçməlidir. Keçmədiyi təqdirdə bunun səbəbi var və bu hal müalicə olunmadıqda daha ağır fəsadlarla nəticələnə bilər. Öskürək müalicəyə tabe olmadığı təqdirdə həyəcanlanmağa əsas yaranır. Bu halda mütəxəssis müayinəsindən keçmək vacibdir. Öskürək nevroloji, psixoloji problemlərin də əlaməti ola bilər. Belə ki, stress, psixoemosional gərginlik də öskürəyə səbəb ola bilər. Bu xoşagəlməz hal bəzən döş sümüyündə, boyunda ağrılarla da müşahidə olunur ki, bunun səbəbi araşdırılmalıdır. Boyun fəqərələrində yaranan osteoxondroz da öskürək yaradır. Sinir sıxılması, əzələ gərginliyi zamanı çox gərgin olmasa da, sayrışan öskürək ola bilər. Siqaret çəkənlərin isə səhərlər yaranan bəlğəmli öskürəyi adi bir hal kimi dəyərləndirmələri çox təhlükəlidir. Bu hal ağırlaşaraq tənəffüs çatışmazlığına, hətta ürək və ağciyər çatışmazlığına qədər inkişaf edir. Bu hal gələcəkdə hətta ağciyər xərçənginə səbəb ola bilər”.



Xəbərin oxunma sayı : 166




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap