“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Subbakalavrların elektron ərizələrin təsdiqi müddəti uzadılıb – DİM

Tarix 13.07.20, 12:28

Font ölçüsü : - / +
bitmap-img6


Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların elektron ərizələrin təsdiqi müddəti iyulun 14-dək uzadılıb.

Dövlət İmtahan  Mərkəzindən verilən məlumata görə, bu günə statistika əsasən subbakalavrların elektron ərizələrinin ümumi sayı 18667, təsdiq olunan ərizələrin sayı isə 17110-dur. 1557 elektron ərizə hələlik təsdiq olunmayıb.

Qeyd edək ki, subbakalavr elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndərilir. Bundan sonra tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməlidir.

Hazırda sorğu verənlərin bir hissəsinin məlumatları orta ixtisas təhsili müəssisələri tərəfindən sistemə daxil edilmədiyindən və bununla bağlı subbakalavrlar tərəfindən DİM-ə edilən müraciətlər nəzərə alınaraq ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların əri­zələrinin qəbulu 14 iyul saat 23:59-dək uzadılıb.

Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra “sms” xəbərdarlıq göndərilir.

Subbakalavr “Şəxsi kabinet”ində göstərilən mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.

“SMS” xəbərdarlıq aldıqdan sonra subbaklavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.

Qeyd olunan tarixədək ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.



Xəbərin oxunma sayı : 1489




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap