Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sudan təyinatdankənar istifadə edilməsi qadağan olunur –Dəyişiklik

Tarix 22.06.19, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda yanğından mühafizə ehtiyacları üçün götürülən sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağan olunur.

Bununla bağlı Su Məcəlləsinə əlavə və dəyişiklik edilir.

Məcəllənin 80-ci (Su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadə) maddəsinə edilən əlavədə qeyd olunub ki, yanğından müdafiə ehtiyacları üçün götürülən sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağan edilir.

Dəyişikliyə əsasən, yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən tələb olunan həcmdə və ödənişsiz su götürülməsinə yol verilir. Hazırda qüvvədə olan hissə isə belədir: “Yanğından mühafizə ehtiyacları üçün bütün su obyektlərindən su götürülməsinə yol verilir”.

Digər dəyişikliklə su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlətin vəzifələri artırılıb. Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir:

1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən orqanın emal edilməmiş su ilə təmin edilməsi,

2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən içməli su təchizatı,

3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.

Bildirilib ki, bu layihə təbii su mənbələrindən götürülən suya görə güzəşt və azadolma hallarını müəyyən etmək, o cümlədən su obyektlərindən yanğından mühafizə ehtiyacları üçün istifadənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sudan istifadəyə görə güzəşt və azadolmaların tətbiqi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar üçün nəzərdə tutulur və emal olunmamış sudan istifadə edən orqanların su mənbələrindən haqq ödəmədən və ya güzəştlə su əldə etməsinə və nəticədə göstərilən xidmətin rentabelliyinin artırılmasına, sudan enerji mənbəyi kimi istifadənin (alternativ enerjinin) stimullaşdırılmasına, eləcə də istilik elektrik stansiyalarının daha səmərli şərtlərlə su əldə etməsinə yönəlib.

Dəyişiklik layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq. /Report




Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap