Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sudanda hərbi şura və müxalifət razılığa gəldi- Üç illik keçid dövrü olacaq

Tarix 15.05.19, 12:23

Font ölçüsü : - / +
bitmap-img6


Sudan hərbi şurası və “Azadlıq və dəyişiklik uğrunda” alyansın nümayəndələri ölkədə üç illik keçid dövrünün müəyyən edilməsi barədə razılığa gəlib.

Al Arabiya telekanalının yaydığı məlumata görə, ölkənin hərbi hakimiyyəti, eyni zamanda, 300 nəfərdən ibarət qanunverici şuranın yaradılmasına dair müxalifətlə saziş əldə edildiyini bildirib. Hərbçilər yaxın 24 saat ərzində alyansla sazişi tam rəsmiləşdirəcək.

Xatırladaq ki, aprelin 11-də ölkədə hərbi çevriliş edən Sudan ordusu dövlət başçısı Ömər əl-Bəşiri hakimiyyətdən uzaqlaşdırıb və ölkədə müvəqqəti hərbi şura qurub.

2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə dərin iqtisadi böhran hökm sürür. 2018-ci il dekabrın ortalarından başlayaraq çörəyin qiymətinin ucuzlaşması tələbi ilə keçirilən xalq etirazlarında sonradan 30 ilə yaxın ölkəyə rəhbərlik edən Ömər əl-Bəşirin siyasi rejiminin dəyişdirilməsi tələbi irəli sürülüb. Bir neçə ay davam edən etirazlar və toqquşmalar nəticəsində 60-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb, bir neçə min nəfər isə həbs edilib(azərtac).



Xəbərin oxunma sayı : 208




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap