Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Sumqayıtda ağaclar niyə kəsilir? – Karantinə hazırlıq... + VİDEO

Tarix 04.04.20, 16:09

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhəri, 45-ci məhəllədə ağaclar kütləvi şəkildə kəsilir.

AzFakt.com xəbər verir ki, bununla bağlı jurnalist Natiq Cavadlı video paylaşıb. Bildirib ki, 4 saylı xəstəxananın həyətindəki ağaclar günün-günorta çağı motorla kəsilərək daşınır.

Məsələ barədə Sumqayıt İcra Hakimiyyətindən rəsmi münasibət almaq mümkün olmayıb.

BakuPost-un əldə etdiyi məlumata görə, həmin ərazinin təmizlənməsi dövlət sifarişi ilə həyata keçirilir. Ölkədə koronavirusun sürətlə yayıldığı, buna qarşı mübarizədə ixtisaslaşmış xəstəxanaların azlığını nəzərə alaraq, Sumqayıtda təcili tibb müəssisəsinin tikilməsi qərarı verilib. Mənbə bildirib ki, həmin yer infeksion xəstəxananın ərazidir, ağaclar kəsiləndən, köçürüləndən sonra orada yeni korpuslar tikiləcək. Qeyd edək ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi çərçivəsində tikinti altına düşən ağaclar köçürülməsi ilə bağlı mətbuata açıqlama verərkən bu məsələylə bağlı üstüörtülü də olsa informasiya verib. Bildirib ki, bu günlərdə Sumqayıtda və Abşeron rayonunda da belə dövlət əhəmiyyətli layihələrin icrası üçün Agentliyə müraciət edilib:

“Layihələrin mühüm əhəmiyyəti və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyi nəzərə alınaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə uyğun ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verilib.

Ümumiyyətlə, iqtisadi və sosial inkişaf tempinə uyğun olaraq ekoloji təsirlərin qiymətləndirilməsi məqsədilə bizə təqdim olunan layihələrin bir hissəsində, xüsusilə də dövlət əhəmiyyətli sosial-infrastruktur layihələrdə ağacların köçürülməsinə zərurət yaranır və ekspertlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmələrdən sonra yaşıllıqların yerinin dəyişdirilməsi və yeni yaşıllıq sahələrinin salınması tələbi ilə rəy verilir".






Xəbərin oxunma sayı : 760




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap