Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Sumqayıtda gömrükçülər 26 ton yararsız kartofu məhv etdilər

Tarix 16.11.18, 19:21

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt Təmizlik Departamentinin tullantıların zərərsizləşdirilməsi poliqonunda noyabrın 8-dən gömrük orqanları tərəfindən gömrük nəzarəti altında saxlanılan və Qida Təhlükəsizliyi Agentliyinin (QTA) laborator müayinələr nəticəsində tərkibində gövdə nematodu aşkarlanmış 26042 kq kartof mal sahibinin müraciəti əsasında, AR Gömrük Məcəlləsinin 331-ci maddəsinə əsasən məhv edilib

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, malların məhvolma prosesində DGK-nin Bakı Baş Gömrük İdarəsinin və QTA-nin 1 saylı Regional Bölməsinin əməkdaşları və bir sıra media nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, noyabrın 8-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda 99 ZC 209 dövlət nömrəli nəqliyyat vasitəsi ilə Gürcüstandan ölkəmizə idxal edilən kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranmışdı. Buna görə də gömrük qurumları Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmiş, agentliyin məhsuldan götürdüyü nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunmuşdu. Beləliklə, müvafiq qurumlar kartofun geri qaytarılmasının təhlükəlilik dərəcəsini nəzərə alaraq həmin məhsulun məhv edilməsinə qərar veriblər.



Xəbərin oxunma sayı : 130




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap