Afaq Aslan bu dəfə də sinəsini açdı - FOTOLAR Bakirəliyini satışa çıxaran azərbaycanlı modeldən çılğın görüntülər - VİDEO Mələkxanım Əyyubova video qalmaqalında adı hallanan qardaşı oğlundan danışdı: “Öldü onlar mənim üçün...” Azərbaycanlı aktrisanın ehtiraslı videosu ağılları başdan aldı - VİDEO
Axtar
 
  • / Maqazin / — 03 Aprel 2019

    Afaq Aslan bu dəfə də sinəsini açdı - FOTOLAR

  • / Maqazin / — 03 Aprel 2019

    Bakirəliyini satışa çıxaran azərbaycanlı modeldən çılğın görüntülər - VİDEO

  • / Maqazin / — 01 Aprel 2019

    Mələkxanım Əyyubova video qalmaqalında adı hallanan qardaşı oğlundan danışdı: “Öldü onlar mənim üçün...”

  • / Maqazin / — 31 Mart 2019

    Azərbaycanlı aktrisanın ehtiraslı videosu ağılları başdan aldı - VİDEO

  • / Maqazin / — 30 Mart 2019

    Azərbaycanlı müğənni yataqda - Foto

  • / Maqazin / — 27 Mart 2019

    Nəsrin Cavadzadə elə libas geyindi ki... - Foto

Sumqayıtda iki qardaşdan DƏHŞƏTLİ ƏMƏL: - qohumlarını yerə yıxdılar, sonra...

Tarix 18.10.18, 14:17

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhərində cinayət törətməkdə təqsirli bilinən Beyləqan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Cavadov və onun qardaşı, 1987-ci il təvəllüdlü Emin Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Elvin Cavadov 21 yanvar 2016-cı il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Ucuzluq” mağazasında qardaşı Eminlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qohumu Mirağa Bayramova qarşı zorakılıq edib.

Qızla danışan oğlan döyüldü

Onlar Mirağanın həmin mağazada satıcı işləyən Şəfiqə Əlizadə ilə söhbətlərinə heç bir səbəb olmadan müdaxilə ediblər. Mirağa Bayramov və mağazada olan qeyri-müəyyən şəxslərə qarşı zorakılıq göstəriblər.

Xuliqanlıq ittihamı

Daha sonra Emin Mirağaya badalaq vuraraq yerə yıxıb, ona çoxlu sayda təpik zərbələri endirib. Bununla da Mirağa Bayramov xəsarət alıb.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

İslah cəzası

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Elvin Cavadov 1 il 11 ay 24 gün, Emin Cavadov isə 1 il 11 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum olunublar.

Hökmdən narazı qalan Elvin Cavadov və Emin Cavadov apelyasiya şikayəti veriblər, onlar barələrində bəraət verilməsini xahiş ediblər.

Fərqli şikayətlər

Həmçinin zərərçəkmişin nümayəndəsi də apelyasiya şikayəti verib. Nümayəndə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxslərə daha ağır ittiham verilməsi üçün işin prokurorluğa qaytarılmasını istəyib.

Hökmdən prokuror tərəfindən də apelyasiya protesti verilib. Prokuror qeyd edib ki, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməlidir, təqsirləndirilən şəxslərə qarşı cəza daha ağırı ilə əvəz olunmalıdır.

Hökm dəyişmədi, protest verildi

Bir müddət əvvəl Sumqayıt Apelyasiya Məhkəməsində bu şikayətlər üzrə araşdırma aparılıb. Hakim heyəti hökmü dəyişiklik etsə də, cəza dəyişdirilməyib, apelyasiya şikayətləri təmin olunmayıb.

Bundan sonra prokurorluq kasasiya protesti verib. Ali Məhkəmədə işə baxan hakimlər Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv edib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

Sumqayıt Apelyasiya Məhkəməsində bu dəfə şikayətlər hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.

Cəza dəyişmədi

Apelyasiya protesti və şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bu yaxınlarda açıqlanan qərara görə, prokurorun protesti təmin olunub.

Elvin Cavadovun barəsində olan Bərdə rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli hökmünə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 1 ay 15 gün cəza hazırkı hökmlə birləşdirilib.

Hökm qalan hissədə dəyişdirilməyib. 



Xəbərin oxunma sayı : 997

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda