Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Sumqayıtda mənzilə yığışıb İŞİD-ə biət etdilər

Tarix 15.07.17, 21:37

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatını dəstəkləməkdə ittiham olunan Sumqayıt şəhər sakinləri - 29 yaşlı Aydın Gülməmmədov və 25 yaşlı Əmrah İmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.

İttihama görə, təqsirləndirilən şəxslər Fuad Rüstəmov və Ağamirzə Quliyevlə cinayət əlaqəsinə girərək İŞİD-ə dəstək nümayiş etdiriblər. Ötən il oktyabr ayının 26-da Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dini ləqəbi “Ömər” olan Ağamirzə Quliyevin sərnişini olduğu “Bakı-İstanbul” avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılıb. Avtobusda olan A.Quliyevə Dövlət Təhlükəsizlik Xidmətinə getmək təklif olunub. Avtobusdan düşən A.Quliyev üzərindəki əl qumbarasını çıxararaq partlatmağa cəhd etdikdə xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib.

Həmçinin, dəstənin digər üzvü Fuad Rüstəmov 27 oktyabr 2016-cı ildə Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərib. Ətrafdakıların həyat və sağlamlığının qorunması üçün F.Rüstəmov xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. F.Rüstəmovun yaşadığı evə keçirilmiş baxış zamanı Beynəlxalq Millətlər Təşkilatı tərəfindən terrorçu təşkilat kimi tanınmış İŞİD terror təşkilatının bayrağı aşkar edilib.



Keçirilmiş əməliyyat-texniki tədbirləri nəticəsində müəyyən edilib ki, İŞİD terror təşkilatının üzvü Şamil Fərzəliyev Faud Rüstəmovla “WhatsApp” proqramı ilə əlaqə saxlayaraq, Azərbaycan ərazisində terrorçuluq aktları törətmək niyyətində olduğunu bildirib. Ş.Fərzəliyev F.Rüstəmova dini radikal mövqedə olan, məhkumluq həyatı yaşamamış və dindar kimi hüquq-mühafizə orqanlarının diqqətinə düşməmiş 6 nəfərdən ibarət qrupu bir araya toplayaraq aralarında əmir seçilməsinin zəruriliyini qeyd edib. F.Rüstəmovun əlində avtomat silah, digərlərinin üzünün örtülü olmaqla İŞİD terror təşkilatına biət etmələri, bu prosesin videogörüntüyə alınaraq ona göndərilməsini tapşırıb. Bundan sonra onların Azərbaycanda “İŞİD-in bir qolu” kimi qəbul olunacaqlarına dair “İŞİD rəhbərliyi” tərəfindən qərar veriləcəyini bildirib.

“Fuad bizə İŞİD barədə məlumat verirdi”

Təqsirləndirilən Aydın Gülməmmədov ifadəsində iki ildir İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət etdiyini, dini ləqəbi “Ömər” olan Ağamirzə, Fuad, Emin, Zaur və Əmrah adlı şəxlərlə tanış olduğunu, onlarla birlikdə namaz qılaraq ibadət etdiyini, dini mövzularda söhbətlər apardıqlarını, Fuad Rüstəmovun bu söhbətlərdə daha fəal olduğunu göstərib: “Görüş zamanı hər dəfə birimiz müxtəlif dini ayinlər oxuyaraq müzakirələr aparırdıq. Fuad mütəmadi olaraq Suriya-İraq ərazisində olan İŞİD barədə bizə məlumatlar verir, İŞİD-də Şamil adlı dostunun olduğunu, onunla “Facebook” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığını deyirdi”.



“İŞİD-in Qafqazdakı qolu ola biləcəyimizi deyirdi”

Ötən ilin oktyabr ayının 15-də dəstə üzvləri növbəti dəfə Sumqayıtda yerləşən çayxanalardan birinə yığışıblar. Fuad Rüstəmov onlara Şamillə danışdığını, İŞİD-ə biət etməklə terrorçu təşkilatın Qafqazdakı qolu ola biləcəklərini, İŞİD-in bütün tapşırıqlarını yerinə yetirəcəklərini bildirib. Həmçinin, Fuad videoçəkiliş aparmaqla İŞİD-ə sədaqət andı içməyi təklif edib. Həmin videoçəkilişi Suriyada olan dostu Şamilə göndərəcəyini deyib. Şamil isə öz növbəsində videoçəkilişi İŞİD rəhbərlərindən birinə göstərdikdən sonra onların terror qruplaşmasına qəbul olunacağını bildirib.

Oktyabrın 25-də dəstə üzvləri İŞİD-ə biət andı içmək məqsədilə Əmrah İmanovun yaşadığı mənzilə yollanıblar. Əvvəlcə dəstəmaz alıb İşa namazı qılıblar. Sonra isə çəkilişə hazırlaşıblar. Ə.İmanov bir ədəd qara mayka gətirib, maykanı iki hissəyə bölərək üzlərini bağlamaq üçün maska düzəldiblər: “Əmrah telefonunu mənə verdi, çəkməyə başladım. Çəkiliş zamanı Zaur ərəb və rus dillərində danışırdı. Bu dillərin heç birini bilmədiyim üçün nə dediklərini anlamırdım. Amma arabir rus dilində danışanda başa düşdüm ki, Zaur İŞİD-ə tabe olacaqlarından danışır. Zaurun çıxışı təxminən iki dəqiqə çəkdi. Hamımız birlikdə çəkilişə baxdıq. Əmrah “Bluetooth” vasitəsilə videonu Zaura köçürdü. Fuadla Zaur mənə videonun heç kimin əlinə düşməməsi barədə tapşırıq verdilər. İstifadəmdə olan mobil telefonu satmalı olduğum üçün telefonun yaddaşından hər şeyi, o cümlədən həmin videonu da sildim”.


“Ləzgi” marketə basqın planı

A.Gülməmmədov həbs olunmamışdan 15 gün əvvəl Sumqayıt şəhərində yerləşən “ləzgi” marketə silahlı basqın planı barədə də danışıb: “Zaur bizi yığıb hamının maddi çətinliyi olduğunu, marketə hücum edib pulları ələ keçirməyi təklif etdi, razılaşdıq. Zaur deyirdi ki, market bağlandıqdan sonra gündəlik yığılan pulları orada işləyən qadın evinə aparır. Plana görə, Fuad qadına basqın etməli, yanında kimsə olarsa Zaurla Ağamirzə köməyə gəlməli idilər. Mən isə çöldə dayanaraq basqın zamanı təhlükə olarsa qrup üzvlərinə xəbər verməli idim. Basqın zamanı kimin hansı silahdan istifadə edəcəyindən məlumatım olmayıb”.



“Biət etməyin nə olduğunu anlamırdım”

Təqsirləndirilən Əmrah İmanov ifadəsində həbs olunmamışdan təxminən üç-dörd ay əvvəl “Ömər” ləqəbli Ağamirzə Quliyev onu İslam dininə dəvət etdiyini, “Ömər”in dəvəti ilə namaz qılmağa başladığını göstərib: “Fuad, Aydın, Emin və Zaur adlı şəxsləri “Ömər”in vasitəsilə tanımışam. “Ömər” idmanla məşğul olurdu, fiziki cəhətdən çox güclü idi. Aydın isə ətir alveri ilə məşğul idi. Digər şəxslərin harada işlədiklərini bilmirəm. Tez-tez çayxanaya yığışıb dini mövzuda söhbətlər aparırdıq. “Ömər” təklikdə mənə dedi ki, Zaur, Fuad, Aydınla birgə biət etmək qərarına gəliblər. Mənə də biətdə iştirak etməyi təklif etdi. Əvvəl biət etməyin nə olduğunu anlamadım. “Ömər” biət etməyin and içmək olduğunu izah etdikdən sonra razılaşdım”.

“Din və Allah yolunda and içəcəyimizi düşünürdüm”

Ə.İmanov ifadəsində göstərib ki, “Ömər” həmin andı din və Allah yolunda içəcəklərini, bu barədə videoçəkiliş edərək Suriyada yaşayan dostu Şamilə göndərəcəyini bildirib. And içmənin sırf dinlə bağlı olduğunu düşünərək “Ömər”lə razılaşıb: “Ertəsi gün “Ömər”ə zəng vurduqda zəng çatmadı. Sonradan məlum oldu ki, ayağı əzilib deyə biətdə iştirak edə bilməyəcək”.

Axşam saatlarında dəstə üzvləri növbəti dəfə çayxaya yığışıblar. Fuad biət etmək üçün münasib yer lazım olduğunu deyib. Bir qədər müzakirə apardıqdan sonra Ə.İmanovun yaşadığı evə yollanıblar. Aydın, Emin və Fuad rus və ərəb dillərini bilmədikləri üçün biətdəki mətni Zaur oxumağa razılaşıb. Birlikdə namaz qıldıqdan sonra çəkilişə başlayıblar: “Aydın çəkilişi özünün aparmaq istədiyini dedi. Onun telefonu zəif olduğu üçün öz telefonumu Aydına verdim. Videoçəkilişdə Zaur rus və ərəb dillərində çıxış etdiyi üçün heç nə anlamadım. Aydın videonu öz telefonuna köçürdü və mənim telefonumdan sildi. İşlərimlə əlaqədar olaraq ertəsi gün Lənkərana getdim. Videonun aqibətindən xəbərim olmadı”.

Təqsirləndirilən şəxslər məhkəmədə onlara elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.

Məhkəmə prosesi davam edir.

İnarə Rafiqqızı

Virtualaz.org





Xəbərin oxunma sayı : 157




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap