Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sumqayıtda polis əməliyyatı:aptekdən oğurluq edən şəxs saxlanılıb

Tarix 17.06.19, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtda aptekdən oğurluq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 2-ci mikrorayon ərazisində yerləşən apteklərdən birindən gecə saat 04:21 radələrində Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Hadisə yerinə yaxınlaşan polislər aptekin qapısının sındırıldığını və bir nəfərin içəridə olduğunu görüblər. Həmin şəxs oğurluq etmək istəyən yerdə saxlanılaraq ərazi üzrə polis bölməsinə təhvil verilib.

Qeyd edək ki, saxlanılan şəxsin aptekə oğurluq niyyəti ilə daxil olması və mühafizə polisləri tərəfindən saxlanılması obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Tutulan zaman həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd göstərsə də, onun bu niyyətinin qarşısı alınıb. Polis bölməsində araşdırma zamanı oğurluq edən şəxsin Sumqayıt şəhər sakini Emin Nəzərov olduğu məlum olub.

Faktla bağlı E.Nəzərov barəsində araşdırmalar davam etdirilir.



Xəbərin oxunma sayı : 166




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap