Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Suraxanıda piyadanı vurub qaçan sürücü tutuldu –Polis və prokurorluq birgə xəbər yaydı

Tarix 17.07.19, 13:36

Font ölçüsü : - / +
bitmap-img6


Suraxanı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. 

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan daxil olan birgə məlumata görə, iyulun 10-da saat 23 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxs naməlum markalı avtomobilləyolu keçmək istəyən piyada 1948-ci il təvəllüdlü Şüküfə Qurbanovanı vuraraq hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb:

“Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Opel” markalı 99-DG-961 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nəzərli Bəhruz Rafayıl oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub”.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 217




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap