|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
Suraxanının icra başçısı “Qaraçuxur parkı”nda obyekt tikdirir – Park hasara alınıb
Tarix 18.10.18, 1:27 |
|
İlqar Abbasov müavini və bacanağı Etibar Yolçiyev, Suraxanı MKTB rəisi Mais Məmmədov və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfovun razılığı ilə Vaqif adlı səxs parkın ərazisini zəbt edib
Mais Məmmədova qardaşı Oqtay Məmmədova arxalandığı üçün Suraxanıda ürəyi istədiyi kimi hərəkət edir
Hamıya məlumdur ki, müxtəlif dövlət postlarında çalışan şəxslərin, vəzifə sahiblərinin bizneslə məşğul olması qüvvə olan müvafiq qanunlarla qəti şəkildə qadağandır. Məhz elə bu səbəbdən də bir sıra məmurlar, icra başçıları, onların müavinləri, o cümlədən bələdiyyə sədrləri sahib olduqları biznes obyektlərini yaxınlarının, ayrı-ayrı şəxslərin adına rəsmiləşdirir və bu yolla özlərini sığortalamağa çalışırlar. Lakin bu cür bəsit üsullarla nəinki aidiyyatı orqanları, heç sadə vətəndaşları belə, aldatmaq mümkün deyil. Çünki uzağı 40 gündən sonra hansı obyektin kimə məxsus olduğu gün üzünə çıxır. Odur ki, bu və digər məmur nə qədər çalışsa da, sahib olduğu obyektləri uzun müddət gizli saxlaya bilmir.
Bizneslə məşğul olan məmurlardan söz düşmüşkən nəzərinizə çatdıraq ki, ölkənin, eyni zamanda paytaxtın bir çox rayonlarında olduğu kimi Suraxanıda da bu tip vəzifə sahiblərinə rast gəlmək mükkündür. Belə ki, adıçəkilən rayonun sakinlərinin sözlərinə görə, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində, “Aura” şadlıq sarayının yaxınlığında yerləşən “Neftçilər” parkının ərazisinin bir hissəsi icra başçısı İlqar Abbasov, onun müavini və bacanağı Etibar Səlim oğu Yolçiyev, həmçinin Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) rəisi Mais İlyas oğlu Məmmədov və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfovun razılığı ilə Vaqif adlı səxsin ixtiyarına verilib. Deyilənlərə görə, həmin Vaqif adlı şəxs 7 ilə yaxındır ki, təmir adı ilə hasarlanan parkın ərazisini zəbt edərək orada “Nuray” adlı restoran, ailəvi istirahət mərkəzi inşa edib. Halbuki. bu, tamamilə qanuna ziddir. Çünki İlqar Abbasov və yuxarıda adıçəkilən digər yetkili şəxslər tərəfindən “Nuray” restoranının sahibinə verilən torpaq sahəsi magistral su və qaz xətlərinin yaxınlığında yerləşir. Bundan başqa, Qaraçuxur qəsəbə sakinləri iddia edirlər ki, həmin ərazidə ailəvi istirahət mərkəzinin tikintisinin aparılması üçün heç bir qanuni sənəd yoxdur. Buradan da belə çıxır ki, obyekt sahibi Vaqif adlı şəxs İlqar Abbasov, onun müavini Etibar Yolçiyev, Suraxanı MKTB rəisi Mais Məmmədov və Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfovun “xeyir-duası”nı aldıqdan sonra tikintiyə başlayıb.
Bu arada, məsələ ilə bağl redaksiyamıza verilən başqa bir məlumatda isə qeyd olunur ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı da Qaraçuxur parkı kimi tanınan ərazidə özünə obyekt tikdirir. Sakinlərin sözlərinə görə, ilk öncə onlara parkın ərazisində bağçanın tikiləcəyi bildirilsə də, bir qədər sonra aldadıldıqlarının öyrəniblər. Yəni sonradan məlum olub ki, parkın ərazisində bağça-filan yox, icra başçısı İlqar Abbasovun yeni obyektinin tikintisi gedir. Eyni zamanda, o da bildirilir ki, əvvəllər həmin obyektin ərazisində yaşıllıq olub. Lakin icra başçısının tapşırığı ilə yaşıllıq ərazi məhv edilib və hazırda yerində tikinti işləri gedir.
Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədova gəlincə, nəzərinizə çatdıraq ki, verilən informasiyalara görə, o, tutduğu vəzifədən istifadə edərək rayonun ayrı-ayrı qəsəbələrində biznes obyektləri tikdirib. Belə ki, Yeni Günəşli qəsəbəsində yerləşən “Qrand” şadlıq sarayının Mais Məmmədova məxsus olduğu, eyni zamanda Suraxanı MKTB rəisinin Şabran rayonunda dəvə fermasına sahib olduğu qeyd olunur. Mais Məmmədovla bağlı əldə etdiyimiz digər məlumatda isə onun qardaşı Tahir Məmmədovun əvvəllər Qaraçuxur bələdiyyəsinin sədri olduğu bildirilir. Deyilənə görə, Tahir Məmmədov səhhətindəki problemləri əsas gətirərək öz ərizəsi ilə işdən çıxıb. Lakin Qaçuxur sakinləri iddia edirlər ki, onun səhhətində heç bir problem olmayıb, sadəcə tikinti sektorunda fəaliyyətə başladığı üçün bələdiyyə sədrliyindən istefa verib. Onu da qeyd edək ki, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin digər qardaşı Oqtay İlyas oğlu Məmmədov isə 1986-2006-cı illərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisələri idarəsində, Maliyyə-plan idarəsində, İstirahət evində, İqtisadi sahədə cinayətkarlıqla mübarizə idarəsində, Daxili təhqiqatlar idarəsində, Nəqliyyatda Baş Polis İdarəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb. 2006-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində işləyib. 2013-2016-cı illərdə Kürdəmir Rayon Polis Şöbəsinin rəisi olub. 05.07.2016-cı il tarixdən etibarən isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini vəzifəsinə təyin edilib. Deyilənlərə görə, Mais Məmmədova məhz qardaşı Oqtay Məmmədova arxalandığı üçün Suraxanı rayonunda ürəyi istədiyi kimi hərəkət edir, müxtəlif yollarla gəlirlərini artırmağa çalışır.
Yeri gəlmişkən, qeyd edək ki, əldə etdiyimiz bilgilərdə Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov haqda da heç xoş sözlər söylənilmir. Belə ki, onun da adının torpaq alverində hallandığını iddia edən qəsəbə sakinləri bildirirlər ki, İxtiyar Nəcəfov vaxtilə ən fəal cəbhəçilərdən olub. Məhz bu səbəbdən də onun hələ də cəbhəçilərlə sıx münasibətdə olduğu, onlara maliyyə yardımı etdiyinə dair ciddi şübhələr var.
İlqar Abbasovun müavini və bacanağı Etibar Yolçiyevlə bağlı məsələyə gəlincə, qeyd etmək lazımdır ki, Suraxanı rayon sakinləri artıq onun əməllərindən təngə gəliblər. Məsələn, Hacı Bəkir Həsənbəyli adlı şəxs bu ilin iyul ayında özünün “facebook” səhifəsində Etibar Yolçiyevin başına açdığı oyunu işıqlandırıb. Belə ki, “Suraxanı Rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasovun müavin və bacanağı Etibar Yolçiyev qanuni çıxarışı olan torpaq sahəsində ev tikməyə imkan vermir” deyən Hacı Bəkir Həsənbəylinin sözlərinə görə, Etibar Yolçiyev tikintiyə başlamaq üçün ondan bank hesabına 2000 manat köçürməyi tələb edib. Bununla bağlı ölkə başçısına məktubla müraciət etdiyini vurğulayan Hacı Bəkir Həsənbəyli qeyd edib ki, Baş Prokurorluq məsələnin araşdırılması üçün Suraxanı Rayon İcra Hakimiyyətinə məktub göndərib: “İcra hakimiyyəti nə vaxtdan vəzifədən sui-istifadə hallarını yoxlayan olub? Görəsən niyə Yolçiyevin özbaşınalığına biganə qalınır?” Ümumiyyətlə, Etibar Yolçiyevin adı bir neçə dəfə ev tikintisi, torpaq satışı zamanı qanunuz rüsumlar tələb etməkdə hallanıb. Lakin buna rəğmən, onun barəsində müvafiq ölçü götürən olmayıb. Görünür, onun icra başçısı İlqar Abbasovun bacanağı olması buna imkan vermir və kimlərinsə qarşısını kəsir…
Ümid edirik ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi başda olmaqla, digər səlahiyyətli qurumlar Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən “Neftçilər” parkının təmir adı altında hasarlandıqdan sonra ərazisinin bir hissəsinin zəbt edilməsi ilə bağlı məsələni ciddi şəkildə araşdıracaq, buna qol qoyan şəxslərin qanunamüvafiq formada cəzalandırılması üçün əllərindən gələni edəcəklər.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
“Hürriyyət”
Xəbərin oxunma sayı : 823
Sosial
Xəbərlər
-
Üçqat dünya çempionumuzun cinayət işi: 185 mini kim mənimsəyib?
-
Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı
-
AzTV Arayikin müsahibəsini niyə vermədi? - Rəsmi açıqlama
-
Qazaxıstandan öz vətəndaşlarına çağırış: “Odessa və Xarkov vilayətlərini tərk edin”
-
Azərbaycan xaricdən ət alışını artırıb: Ən çox nə idxal edirik? - CƏDVƏL
-
Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb? - FOTO
-
Avtomobili ağ və qırmızı olmayanlar nə etməlidir? - AÇIQLAMA
-
İsrail Hələbə hava zərbələri endirib - 36 Suriya hərbçisi həlak olub
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 21 məsələ var
-
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
-
1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı
-
NATO Ukraynaya ciddi dəstək verməlidir - Latviya XİN başçısı
-
Dünyanın ən bahalı altı futbolçusu: Siyahıda Mbappe yoxdur
-
Qlobal istiləşmə Yer kürəsinin fırlanma sürətini dəyişib - Görünməmiş TƏHLÜKƏ
-
Yaponiyadan texnoloji yenilik: Yuyula bilən smartfon istehsal edildi
-
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
-
“ABŞ-nin NATO-dan çıxması məsələsi gündəmə gələ bilər” - Bolton
-
Jurnalist İdrak Camalbəyli Kiyevdə vəfat edib
-
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
-
Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? - VİDEO
-
İlon Mask müğənni sevgilisindən ayrıldıqdan sonra depressiyaya düşüb? - FOTO
-
Azərbaycan əhalisinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
-
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
-
Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”
-
“Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var“ - Ərdoğan
-
Jurnalistlərin bitirdiyi gömrük polkovniki – Onu Bakıdan qardaşları ilə birlikdə aparıblar
-
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
-
Dəmiryol Vağzalının qarşısında bir sutka parkinqin qiyməti 30 manat olacaq – Tariflər
-
Bakıda qəribə hadisə: Özünün xəbəri olmadan işə götürüldü - VİDEO
-
“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – FOTO
-
“Dünyanın gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır“ - Si Cinpin
-
Elçin Babayev yenidən BDU-nun rektoru təyin edildi - Sərəncam
TOP 10
ARXİV