Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Surət Hüseynov zamanın milli qəhrəmanı idi... –KXCP sədri

Tarix 04.08.17, 5:03

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq baş nazir, qiyamçı korpus komandiri Surət Hüseynovun son müsahibəsində irəli sürdüyü ittihamlara Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu cavab verib.

AzFakt.com Teleqraf.com-a istinadən müsahibəni təqdim edir.

- Mirmahmud bəy, Gəncə qiyamı ilə yadda qalmış sabiq korpus komandiri Surət Hüseynov bir sıra iddialar irəli sürüb. Deyib ki, Qarabağı almaq istəyirdi, lakin AXC iqtidarı buna imkan vermədi. Bu ittihama cavabınız varmı?

- Açığını deyim ki, Surət Hüseynovun baş nazir, korpus komandiri olmasının üzərindən illər keçib. Necə baş nazir olub, necə yola salındığı da bizə bəllidir. Üstəlik, həbsxana həyatı yaşayıb və sair. Hesab edirəm ki, Surət Hüseynovun indi danışdıqları onun keçdiyi həyat yoluna uyğun deyil. Ən azından özünün verdiyi açıqlamalarına görə...

O, iddialarını davam edirsə, deyərdim, hələ də Rusiyanın ixtiyarındadır... Görünür, ağaları hələ də onu yararlı hesab edirlər. Ancaq bu da mümkün olan iş deyil. Ola bilər, 2018-ci ildə ağalarına lazımdır. Surət Hüseynov özünü, fəaliyyətini, ondan necə istifadə edildiyini və son nəticəni əsla unutmamalıdır. Bilməlidir ki, onun keçdiyi yolu müşahidə edib, dediklərinə və etdiklərinə şahid olanlar da var. Bu, uzaq tarix deyil.

Üstəlik, bu tarix həm Gəncə hadisələri ilə bağlı aparılan Deputat İstintaq Komissiyasının, həm məhkəmə istintaqının, həm də Surət Hüseynovun özünün məhkəməsindəki materiallar və etirafları ilə ortadadır. Odur ki, indi belə danışmağa heç ehtiyac yoxdur.

Ancaq Surət Hüseynovun ağsaqqalları, onu istiqamətləndirən və idarə edənlər belə məsləhət görüblərsə, deməli, danışmaq məcburiyyətindədir. Bu baxımdan Surət Hüseynovu başa düşürük. O da başa düşsün ki, biz çox şeyi unutmuruq.

- Ancaq Surət Hüseynov bəyan edib ki, siyasətlə məşğul olmur, olmaq niyyəti də yoxdur. Əsasən bizneslə məşğuldur...

- Bu haqda mən bir söz deyə bilmərəm. Yalnız bizneslə məşğuldursa, Allah uğurlu etsin. Surət Hüseynov biznes işini bacarır... Azərbaycanda onu çox adam tanımırdı. Milli Məclisdə hətta onun şəkli yox idi, tapa bilmirdilər ki, Surət kimdir... Ancaq o öz sahəsində, yəni yun tədarükü sahəsində kifayət qədər təcrübəli adam idi, Qarabağ döyüşlərinə xeyli yardımlar göstərirdi. Bunu Allah naminə demək lazımdır və bu, mənim onun haqqında ancaq eşitdiklərimdir, bildiklərim deyil.

Eşitdiyimə görə, onun belə yardımları kifayət qədər olub. Mən ona biznes fəaliyyətində uğurlar arzu edirəm.

- Surət Hüseynov iddia edib ki, Qarabağda 220 kəndi azad edib, amma o dövrün hakimiyyəti bu torpaqları ermənilərə satıb. Kifayət qədər ciddi ittihamdır.

- Əslində, bu, yanlış açıqlamadır. O zaman Qarabağda aparılan müharibə, görülən işlər Elçibəy hakimiyyətinin uğurlarından idi. Bu uğurlara görə biz hər bir əsgərin qarşısında baş əyməliyik. O cümlədən bu yolda pulunu xərcləyən və iş görənlər də sağ olsunlar. Ancaq heç bir fərd deyə bilməz ki, bunu mən etdim.

- Surət Hüseynov bəyan edib ki, vaxtında AXC hakimiyyətində olanlar onun barəsində “vətən xaini”, “Rusiyanın adamı” kimi yalan ifadələr işlədiblər. Qiyamçı polkovnik bunun yalan olduğunu deyir və bildirir ki, bəzən ruslardan pulla, bəzən isə onları əsir götürməklə silah əldə edirmiş...

- Surət Hüseynov zamanın milli qəhrəmanı idi. O zamankı hökumət olaraq Sürət Hüseynovdan istifadə edə bilmədik, Rusiya istifadə etdi. Nəticədə ən çox uduzan Azərbaycan və Surət Hüseynovun özü oldu.

- Sizin Surət Hüseynovla şəxsi münasibətiniz var idimi?

- Mən onu ilk dəfə Gəncədə Qonaq evində görmüşəm. Orada müzakirələr apardıq və sərt dialoqumuz oldu. Surət Hüseynovun həm yüksələn, həm də tərk-silah edilən dövrü gözümün qarşısında baş verib. Bakıda görüşəndə, ona: “Salam əleykum, mən deyən oldu, yoxsa olmadı” fikrimi söyləmişəm. Çünki Gəncədə ona demişdim ki, siz burada qəhrəmansınız, Bakıya gələcəksiniz, ovcumuzun içində olacaqsız.

Baxmayaraq ki, Surət Hüseynov Bakıya gəldi, baş nazir oldu və bizi də xeyli hədələdi. Bir neçə məkanda onunla rastlaşmışıq, kəskin dialoqumuz olub. Hətta bizi həbs və öldürməklə də hədələyib. Belə hallar Bakıda da, Gəncədə də olub.

Azadlıq meydanında oktyabr mitinqindən sonra tribunanın arxasında Surət Hüseynov və mühafizəçilərinin tərk-silah edilməsi də gözümüzün qarşısında baş verib.

- İlk dəfə görəndə Surət Hüseynov sizdə hansı təəssürat yaratmışdı?

- İlk dəfə gördüm ki, Surət Hüseynov Aypara Əliyevin, Nemət Pənahovun, İranın o zamankı səfiri və digərlərinin əhatəsində olan, onların diqtəsi ilə hərəkət edən yorğun və əzgin adamdır. Sonrakı vaxtlar bir qədər fərqli idi, kabinetdə məni hədələdi, dedi, səni həbs edərəm.

- Surət Hüseynov törətdiyi cinayətlərə görə layiq olduğu cəzanı alıbmı?

- Məncə, o, həm mükafatını, həm də cəzasını aldı...



Xəbərin oxunma sayı : 739




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap