Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Suriya kürdləri Dəməşqlə razılaşma əldə edir – Suriya ordusu Suriya-Türkiyə sərhədində yerləşəcək

Tarix 14.10.19, 18:14

Font ölçüsü : - / +
bitmap-img6


Suriya kürdləri oktyabrın 13-də Dəməşq hökumətilə anlaşma əldə etdiklərini bildiriblər.

“Frans Pres” agentliyi yazır ki, kürdlər Suriya hökumətilə sövdələşməni hücumu dayandırmaqdan ötrü lazımlı addım hesab edirlər.

“Bu təcavüzü önləmək və dayandırmaq üçün Suriya hökuməti ilə razılaşma əldə olunub… Suriya ordusu Suriya-Türkiyə sərhədində yerləşərək Suriya Demokratik Qüvvələrinə (SDF) kömək edəcək”, – kürd administrasiyası bəyanatında bildirib.

Bundan öncə isə Suriyanın SANA dövlət xəbər agentliyi bildirib ki, ordu “Türkiyənin təcavüzünü önləmək üçün” şimala hərbçilər göndərir.

“Foreign Policy” dərgisində SDF rəhbəri Mazlum Abdi yazır: “Kompromis ilə xalqımızın soyqırımı arasında seçim etməli olsaq, əlbəttə ki, xalqımızın həyatını seçəcəyik”.

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı bazar günü münaqişə zonasında azı 26 dinc sakinin öldürüldüyünü bildirib. İndiyədək sərhədin Suriya hissəsində azı 60 dinc sakin həyatını itirib. Türkiyə isə kürdlərin bombardmanı nəticəsində 18 dinc sakinin öldürüldüyünü bildirir. (azadliq.org)



Xəbərin oxunma sayı : 154




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap