Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Suriya müxalifətinin son qalası: Ankara İdlibə hücumun qarşısını almağa çalışır

Tarix 03.08.18, 20:57

Font ölçüsü : - / +
bitmap-img6

Ece Göksedef

“Middle East Eye”

 

Türkiyə Suriyadakı son üsyançı qalası İdlibə hücumun qarşısını almaq üçün bölgəni “əl-Qaidə” və İŞİD-ə bağlı qruplardan təmizləməyə çalışır. İdlibin əksəriyyəti əvvəllər “əl-Qaidə”nin Suriyadakı filialı olan “Heyət Təhrir əl-Şam” (HTS) tərəfindən idarə olunur.

Türkiyə, İran və Rusiyadan olan nümayəndə heyətləri Suriyadakı münaqişəni həll etmək üçün Bazar ertəsi Soçidə ikigünlük danışıqlara qatılıb.

Suriya müxalifətinin komandiri anonimlik şərti ilə “MEE”-yə bildirib ki, Rusiya və İran Suriya prezidenti Bəşər Əsədin təhdidlərinə baxmayaraq, hücum yerinə, militanları İdlibdən çıxarmağı prioritet hesab edir.

O əlavə edib ki, ABŞ, Rusiya və Türkiyənin İdlib planından məmnun idi, çünki bu, şəhərin İran və Suriya hökumət qüvvələri əvəzinə, Ankaranın dəstəklədiyi müxalifətin nəzarətində olacağı mənası verirdi.

İki milyon əhalisi olan İdlib, Qazaxıstanın paytaxtı Astanada əvvəlki danışıqlardan sonra üç ölkənin razılaşdığı “hərbisizləşdirilən zonalar”dan biridir. Türkiyə müxalifətlə idarə olunan ərazilərdə 12 monitorinq postu yaradıb, iranlılar və ruslar isə hökumətin nəzarətində olan bölgələrdə postlar qururlar.

Hazırda İdlibdə və əvvəllər kürdlərin nəzarətində olan Afrin anklavında təxminən 70 min türk dəstəkli müxalif döyüşçüsü var.

Rusiyanın xüsusi səfiri Aleksandr Lavrentyev Soçi danışıqlarından sonra rus jurnalistlərinə verdiyi açıqlamada İdlibə böyük hücumun gündəmdə olmadığını söyləyib. “Ümid edirik ki, müxalifət türk tərəfdaşlarımızla birlikdə bu bölgəni sabitləşdirə bilər. Çünki bu zonadan gələn təhlükə hələ də böyükdür”.

Çərşənbə axşamı ilk addım olaraq, Türkiyə HTS tərəfindən idarə olunan bir keçid nöqtəsini ləğv edib. Həmin nəzarət nöqtəsi, bütün tərəflər üçün mühüm marşrut olan Hələb-Şam yolunda HTS tərəfindən nəzarət edilən ən böyük post idi.

Suriyalı müxalif komandirin sözlərinə görə, Rusiya Latakiyadakı hərbi hava bazasına hücumların qarşısını almaq istəyir. Bunu təmin etmək üçün Moskva Türkmən dağı həndəvərində Ceyş əl-Şuğur şəhərini və ətraf kəndləri müxalif döyüşçülərdən təmizləməyi planlaşdırır.

Suriya ordusu bölgəni ələ keçirərsə, Latakiyaya gedən yeganə yolu nəzarət altına alacaq. Hazırda Türkiyənin bu sahədə iki monitorinq postu var.

İyun ayının sonlarında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir müsahibədə İdlibə hər hansı hücum halında, Ankaranın Rusiya və İran arasında Astana və Soçidə danışıqları sona çatacağı barədə xəbərdar edib. O, həmçinin Rusiyanın və İranın “terrorist” hesab etdiyi bütün qrupların cənub bölgələrinə hücumlardan sonra İdlibə gətirildiyini xatırladıb.

Soçidəki son danışıqlarda qəbul edilən ortaq bəyanatda vurğulanır: “İdlibdəki hərbisizləşdirilən zona Astana müqaviləsinin əsas komponentidir və funksionallığını qorumalıdır”.

 

ABŞ-Türkiyə danışıqları

 

ABŞ-ın Avropa Komandanlığının rəhbəri və NATO-nun müttəfiq qüvvələrinin rəhbəri general Kurtis Skaparotti Çərşənbə günü Ankaraya gəlib. İyun ayında Çavuşoğlu və ABŞ-lı vəzifədaşı Mayk Pompeo Mənbic şəhərinə dair “yol xəritəsi” ilə bağlı razılaşıb. Bu sənədə ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri”nin (SDQ) şimal-qərbi Suriya şəhərindən çıxarılması da daxildir.

Müqavilədə geri çəkilmə üçün üç ay nəzərdə tutulub, lakin proses hələlik başlamayıb.

Türk ordusu və Türkiyənin dəstəklədiyi müxalif qüvvələr Mənbicin şimalında yerləşib, Səud çayı isə SDQ və Suriya müxalif qüvvələri arasında təmas xətti meydana gətirir.



Müqavilənin ardından ABŞ və Türkiyə ordusu 23 razılaşdırılmış patrul həyata keçirib: şimalda – Türkiyə və çayın cənub sahilində – ABŞ.

Türkiyə ABŞ-ın SDQ-ni dəstəkləməsindən hiddətlidir. Ankaranın terror təşkilatı kimi qəbul etdiyi YPG bu birlikdə üstünlük təşkil edir və Afrin bölgəsinin şərqindəki Mənbicdən təhdid yaradır. Orada yerləşən ABŞ əsgərləri ilə qarşıdurma riski var.

Ankara YPG-ni PKK-nın qolu olaraq görür. Vaşinqton isə İŞİD-ə qarşı mübarizədə YPG-ni əsas müttəfiq sayır.

Hazırda əl-Rai şəhərində yerləşən Suriya Türkmən Şurasının üzvü Vace Cümə “MEE”-yə bildirib ki, Mənbicdən geri çəkilmə iyun ayında başlamalı idi, lakin YPG müqavimət göstərdiyi üçün ABŞ daha çox vaxt qazanmağa çalışır. “Onların hərbi düşərgələri hələ də Mənbicdədir. General Skaparottinin səfərindən məsələnin həllini gözləyirik”.

 

Şam-YPG danışıqları

 

Hazırda YPG tərəfindən qurulan və onun rəhbərlik etdiyi Suriya Demokratik Şurası (SDŞ) Şamda hökumətlə danışıqlar aparır.

YPG, İŞİD-ə qarşı mübarizədə ABŞ əməkdaşlığı sayəsində Suriya ərazisinin dörddə birindən çoxuna nəzarət edir.

Hökumət-kürd qüvvələri görüşləri ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Helsinki danışıqlarından sonra başlayıb. Moskva 2017-ci ilin yanvar ayında Suriyadakı müxtəlif qrupları konstitusiya layihəsi yaratmaq üçün dəvət edərkən, federativ Suriya variantını irəli sürüb. Layihə kürd bölgələri üçün “mədəni muxtariyyət”i nəzərdə tutur.

Həm Şam, həm də Ankara Suriyanın şimalında YPG nəzarəti altında olan bölgələrə muxtariyyət verilməsi və federal həllə qarşı çıxır.

Soçidə keçirilən danışıqlardan sonra Türkiyə birgə bəyanatında “Suriyanın siyasi birliyinə və ərazi bütövlüyünə və qonşu ölkələrin milli təhlükəsizliyinə təhlükə yaradan qruplarına müqavimətin vacibliyi”nə təkid edir.

Tərcümə: Strateq.az





Xəbərin oxunma sayı : 148




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap