Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türk Dövlətləri Birliyi dağılır? –Təhlil

Tarix 01.11.16, 3:57

Font ölçüsü : - / +
bitmap-img6


Qırğızıstan XİN mətbuat xidmətinin xəbər verdiyi kimi, Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının (TDƏŞ) 2016-cı ilin sonunda Bişkekdə keçirilməsi nəzərdə tutulan VI sammitinin keçirilməsi daha sonrakı vaxta dəyişdirilib. Həm də dəqiqləşdirilir ki, bu tarix əlavə olaraq təşkilata üzv dövlətlər – Azərbaycan, Qazaxıstan və Türkiyə ilə razılaşdırılacaq. 

Xatırladaq ki, Qırğızıstanda bu cür sammitin keçirilməsi haqda qərar TDƏŞ-in keçən ilin sentyabrında V Astana sammitində qəbul edilmişdi. Əsas təşəbbüsçü kimi Qırğızıstan prezidenti Almazbek Atambayev çıxış edib, lakin günün gündəliyini “idman, təbii fəlakət, həmçinin təhsil sahəsində əməkdaşlığa” işarə edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev formalaşdırıb. Bundan savayı,TDƏŞ-ə İslam əməkdaşlıq təşkilatı və BMT-də müşahidəçi statusu almaq vəzifəsi qarşıya qoyulmuşdu. Nazarbayev əlavə olaraq Asiya əməkdaşlıq və təhlükəsizlik təşkialtı yaratmağı təklif etmişdi. İndi bu layihələrin hamısı təxirə salınır. Geopolitik müstəvidə nəzərdən keçirilsə,Türkdilli dövlətlər Birliyi (TDB) yaranması ideyasının yetişməsi birqütblü dünya yaratmaq cəhdlərinə müəyyən qədər meydan oxumaqdır.

Türkiyə Strateji araşdırmalar Mərkəzinin sədri Sinan Oganın bildirdiyi kimi, “Nə Türkiyə, nə də türk dünyası siyasi birlik qurmağı planlaşdırır, siyasi sərhədlərin aradan qaldırılması ilə inteqrasiya və bir bayraq altında birləşmək nəzərdə tutulmur”.

Bununla belə, türk dövlətləri Birliyində özünü yalnız baş rolda görən Ankara tərəfdən xüsusən bu cür layihələr zaman-zaman nəzərdən keçirilib ki, bu da iqtisadi və siyasi dəstəyə ehtiyacı olan türk respublikalarını müəyyən mərhələdə qane edə bilirdi. “Özümüz bir şey sahib olmadan nə verə bilərdik? deyə bir qazax politoloq sual edir. – Bu durumda türk dövlətlərinin Türkiyənin birinci növbədə maliyyə dəstəyinə söykənməklə salamat qalması birinci planda dururdu”. Xüsusən də AB-yə üzvlük vəd olunmuş dünyəvi Türkiyə SSRİ dağıldıqdan sonra iqtisadi inkişaf sərgiləyərək Moskvanın nüfuz dairəsini obyektiv şəkildə daraldırdı.

Lakin sonralar durumu kökündən dəyişən hadisələr baş verdi. Birincisi, postsovet məkanında Rusiya, Ermənistan və Belarusdan başqa Qazaxıstan və Qırğızıstann daxil olduğu geopolitik baxımdan daha təbii Avrasiya İqtisadi Birliyi (AİB) meydana çıxdı.Avrasiya Birliyi dəyişmə və milli tarix və mədəniyyətdən imtina tələbləri irəli sürmədən qanunların, münasibətlərin çevikliyini təqdim etdi. Burada Rusiya dominantlıq edir. Yekunda Avrasiya birliyi türk Qazaxıstan və Qırğızıstanın iştirakı ilə türk dövlətləri Birliyinin anoloqu kimi fəaliyyətə başlayıb. Hətta TDB daxilində liderlik uğrunda Ankara ilə Astana arasında qarşıdurma olmasa da, hiss olunacaq rəqabət başlanıb. Ankara türk dövlətlərinin Rusiyadan yan keçməklə Avropaya bələdçisi rolunu itirib. Türkiyə Avrasiya iqtisadi birliyində türk tərkibini gücləndirmək imkanlarını nəzərə almaqla bu qurumla əməkdaşlıq variantlarını saf-çürük edib.

İkincisi, Türkiyənin özündəki siyasi gerçəkliklər hiss olunası şəkildə dəyişməyə başlayıb ki, bu da TDB üzrə onun tərəfdaşalrına aydın münasibətlər vəd etmir. Hakim Ədalət və İnkişaf partiyası və faktiki lideri Tayib Ərdoğan kamalçılıq ideyalarından imtina etməyə və islamçı partiyaların yüksəlişi və postsovet respublikalarında əvvəllər “modernləşdirilmiş türk ruhu”nun flaqmanı kimi çıxış etmiş məşhur türk ilahiyyatçısı Fətullla Gülənin ideyalarını gözdən salmağa başlayıb. Hadisələrin inkişafının gedişində modelin bu cür dəyişdirilməsi Türkiyənin TDB üzrə tərəfdaşlarında labüd şəkildə suallar doğurub, problemlər yaradıb.

…Lakin Ankara baş tutmamış qiyamdan sonra çevrilişin hazırlanmasında Güləni və tərəfdarlarını ittiham edib və TDB üzrə tərəfdaşlarından onun nümunəsi üzrə hərəkət etməyi – gülənçilərə qarşı repressiyalara başlamağı tələb edib. Bakı buna girişib, Astana qeyri-müəyyən mövqe nümayiş etdirib. Qırğızıstan prezidenti Atambayev isə kəskin cavab verib: “Belə ağıllısınızsa, onda niyə çevrilişə yol verdiniz? Bizi isə qorxutmaq və yaxud öyrətmək lazım deyil – bizi qorxudublar”.

Bundan sonra aydın oldu ki, Türk dövlətləri əməkdaşlıq şurasının Qırğızıstanda nəzərdə tutulmuş VI sammiti baş tutmayacaq. Həm də heç kim bilmir ki, ümumiyyətlə baş tutacaqmı? Çünki uzun illər ərzində Qırğızıstanın əsas tərəfdaşlarından biri olmuş Türkiyənin daxili siyasətinə dəxli olan məsələ üzrə Bişkekin mövqeyi xəbər verir: prinsipial əhəmiyyəti olan nəyəsə toxunulub.

Bununla bağlı Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyovun “çağdaş dünyada etnik və yaxud dini zəmində birliklər işlək model deyil” firkiylə razılaşmamaq çətindir. Burası da var ki, problem təkcə bunda deyil. Türkiyə-Qırğızıstan münasibətlərindəki böhran Türkiyənin Orta Asiyadakı mövqeyinin güclü şəkildə zəifləməsi əlamətidir. Hərbi və təhlükəsizlik sahəsində analitik Lukaş Vizirinqin fikrincə, bu da “Türkiyə ilə Rusiyanın idealizm və romantizmdən sərt realizm və praqmatizmə doğru keyfiyyətcə yeni dinamika qazana biləsi taktiki alyansına xüsusi, rasional məzmun əlavə edir”.

Strateq.az



Xəbərin oxunma sayı : 988




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap