“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Türk iş adamının Azərbaycandan çıxışına “stop“ qoyuldu - 270 minlik borc

Tarix 12.02.25, 19:04

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyəli iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, "Star Public Transport" şirkətinin rəhbəri Selim Evsenin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 271.865,67 manat vergi borcu yaranıb.

İdarə tərəfindən sözügedən borcun 5 gün ərzində ödənilməsi üçün "Star Publik Transport" Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilsə də, türkiyəli iş adamı tərəfindən icra edilməyib. 

Nəticədə şirkətin qanuni təmsilçisi Selim Evsenin barəsində məhkəməyə müraciət edilib. Məhkəmənin qərarı ilə 1967-ci ildə Türkiyə Respublikasında anadan olmuş Selimin Evsenin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Selim Evsen Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür. Şirkət Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olur. 



Xəbərin oxunma sayı : 1255




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap