Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Türk icmalçıdan Suriya savaşı haqda gözlənilməz analiz:“ABŞ və Türkiyə gizli anlaşma şəraitində işləyir” – Təhlil

Tarix 14.09.18, 18:19

Font ölçüsü : - / +
bitmap-img6


Arslan Bulut

Yeni Çağ (Türkiyə), 13.09.2018

Türkiyəni yönəldən zəka Suriya məsələsində ABŞ-la gündən-günə getdikcə daha çox paralel addımlar atır. İdlibə yardım haqda ABŞ-a çağırış bunun önəmli göstəricisidir.

“Ağ dəbilqələr” adıyla tanınmış humanitar təşkilat deyilən, amma jurnalsit Ergün Dilerin Amerika qaynağına əsasən, Britaniya kəşfiyyatının yaratdığı qurumu əvvəlcə Ankarada, sonra isə Vaşinqtonda da dəbdəbəyə mindiriblər!

Bütün bunlar yetərincə təsəvvür yaradır, amma yenə də analizə ehtiyacı var.

***

Vaşinqtonun ABŞ üçün strategiya hazırlayan təşkilatlarından biri olan Yaxın Şərq siyasəti institutu üçün bir neçə ay qabaq çox ciddi bir məruzə hazılamış Fransa alimi Fabris Balanş həmin institut üçün bu dəfə İdlib böhranı haqqında daha bir analiz aparıb.

Balanş sıradakı nəticəni çıxardır: “Moskva, Tehran və Dəməşqin bu bölgədə “əl-Qaidə”ni və Türkiyənin dəstəklədiyi qüvvələri məhv etmək cəhdləri hərbi baxımdan uğurlu ola bilər, amma bu, Rusiya-Türkiyə münasibətlərinə ciddi ziyan vurar. Buna görə də Suriya, ya da Rusiya qüvvələri İdlibdə müharibənin gedişində Türkiyənin müşahidə məntəqələrini nişana götürsələr, bu, ABŞ-ın Ankara ilə yaxınlaşması üçün imkan yarada bilər”.

Bu halda İdlibdə Türkiyənin müşahidə məntəqələrinə kim hücum edə bilər?

Rusiya və Suriyanın bunu edəcəyini gözləmək mümkün deyil, çünki onlar nəticələr haqda düşünürlər…

Onda ABŞ-ın bölgəyə müdaxiləsini arzulayanlar “Suriya ordusu kimyəvi silah işlədib”  deməkdən ötrü Türkiyənin müşahidə məntəqələrinə hücum üçün əvvəllər istifadə etdikləri qruplardan, ya da daha kimlərdənsə faydalana bilərlər!

Uyğun olaraq, bu günlərdə heç bir rəsmi bəyanata, ya məlumata inanmaq lazım deyil. Bu, müharibədir və bütün tərəflər öz gücü həddində ictimai rəyi formalaşdırmaq üçün əməliyyat keçirməyə cəhd edir.

***

Balanş qeyd edir: “Ehtimal ki, Türkiyənin dəstəklədiyi üsyançılar (Azad Suriya Ordusu) qarşıdakı hücumların ilk hədəfi olacaq. Suriya ordusu əvvəlcə uyğur döyüşçülərin daxil olduqları “Türküstan İslam Partiyası”nı nişana götürəcək. Əyalətin cənubunda yerləşmiş Türkiyəyönlü üsyançılar Suriya ordusunun çəkiciylə “Həyat Təhrir əş-Şam” qruplaşmasının zindanı arasında qalacaq və ola bilsin, Türkiyənin nəzarətində olan Afrin və Cərablus kimi bölgələrdə gizlənməyə çalışacaq, ya da təslim olacaqlar.  Ankara bu səbəbdən hücumu yubatmaq istəyir, amma Dəməşq, Tehran və Moskva təkid edir ki, Türkiyə “Həyat Təhrir əş-Şam” təşkilatını aradan qaldırmaq vədini yerinə yetirməyib, buna görə də onlara İdlibi təmizləməkdən savayı bir şey qalmır”.

Yaxşı, amma Türkiyə niyə diqqətini İdlibə cəmləyir və Fəratdan şərqə formalaşdırılan struktura qarşı çıxış etmir?

Əlbəttə, İdlib də önəmlidir, amma məgər əsas təhlükə ABŞ-ın yaratdığı, təlim və təchiz etdiyi 75 min nəfərlik Kürdüstan Fəhlə Partiyası/“Demokartik Birlik” Partiyasından qaynaqlanmır?

Bu durumda Türkiyənin Suriya ilə əməkdaşlığı səmərəli olardı, amma Ankara ABŞ-a yaxınlaşır!

Bu isə ictimai rəydə əksini tapmayan gizli anlaşmaların olduğu haqda şübhələr doğurur. ABŞ deyə bilərdimi: “Fəratdan şərqdəki duruma qarışma və əl-Bab, Afrin, İdlib sizin olacaq”?

***

Bütün bunlar tez bir zamanda məlum olacaq. Bu arada 2013-cü il Reyhanlı teraktının təşkilatçısı həbs olunub. Türkiyə telekanalları terrorçunun “Mən Suriya kəşfiyyatından əmr almışam” sözlərini  saatbaşı yayımlayır.

Anlaya bildiyimcə, Türkiyənin Suriya ilə uzlaşma əldə etmək ehtimalı kimisə o qədər hürküdüb ki,  ictimai rəyi biçimləmək üçün məhz bu məqam seçilib. Hətta əli qana batmış terrorçunu “Böyük Türkiyə dövləti” deməyə vadar edirlər.

Görünür, ABŞ ictimai rəyə təsir edən əməliyyatları təkcə gülənçilərə öyrətməyib!

Türkiyə bir dövlət kimi ancaq öz maraqlarını qorusaydı, bu, ictimai rəyi formalaşdıran ən böyük əməliyyat olardı!

Həbs edilənin elə görkəmi var ki, sanki üz iflici keçirib.

Amma bu cür siyasət sürsə, onda Türkiyəni iflic edəcək!

Demək mümkündür ki, əsas məqsəd də bundan ibarətdir…

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 433




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap