Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türk müğənni Alena Tilki: “Azərbaycanlılar çox istiqanlıdırlar“

Tarix 01.01.17, 21:02

Font ölçüsü : - / +
bitmap-img6


"Bakıda ilk dəfə olsam da, həqiqətən şəhərinizi çox bəyəndim".

Bunu "Report"a açıqlamasında Bakı Olimpiya Stadionunda keçirilən "ƏN Yeni il" konsert proqramında çıxış edən türkiyəli müğənni Alena Tilki deyib.

O bildirib ki, azərbaycanlılar çox istiqanlıdırlar:
"Səhnədə də inanılmaz əyləndim. Çünki tamaşaçıların marağını hiss etdim. Hətta məni Türkiyənin "Yetenek Sizsiniz" yarışmasından izləyən azərbaycanlıların olduğunu bilirdim. Onlar da konsertə sürprizlərlə gəlmişdilər. Bunun üçün də çox xoşbəxt oldum. Azərbaycanı çox sevdim və güman edirəm ki, artıq tez-tez ölkənizə gələcəyik".

Bundan əlavə, müğənni yeni layihələr üzərində işlədiyini bildirib.

Onunla eyni səhnəni paylaşan DJ Emrah Karaduman da öz növbəsində Bakıda olmasından məmnunluq duyduğunu bildirib. O, bundan əvvəl türkiyəli sənətçi Hande Yenerlə Bakıda olduğunu xatırladaraq qeyd edib ki, həmin vaxt gəzmək fürsəti olmayıb:

"Konsertöncəsi şəhərinizi gündüz vaxtı gəzmək imkanım oldu. Bakı çox mükəmməl şəhərdir. İnsanlarınız da inanılmaz qonaqpərvər və istiqanlıdırlar".

Xatırladaq ki, şou-proqramda Türkiyə estradasının ulduzları Demet Akalın, Murat Dalkılıç, Alena Tilki, Hadisə, Emrah Karaduman, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre, eləcə də Mahmut Orhan, həmçinin yerli ulduzlar Röya və Miri Yusif çıxış ediblər.

Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi “Report” informasiya agentliyi idi.



Xəbərin oxunma sayı : 109




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap