Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Türk ordusunda yerdəyişmələr: NATO-nun ikinci ən böyük ordusunda yeni küləklər əsir - Təhlil

Tarix 03.08.17, 20:31

Font ölçüsü : - / +
bitmap-img6


Amberin Zaman

“Al-Monitor”

Bir neçə ay öncəki söz-söhbətdən sonra Türkiyən Baş Qərargah rəisi Hulusi Akar Türkiyənin ən yüksək hərbçisi yerini itirməkdən xilas olub. Quru və hərbi hava qüvvələri, habelə donanma başçıları istefaya göndərilib. Amma ötən ilin iyulunda baş verən hərbi çevriliş təşəbbüsü və o günün ziddiyyətli hərəkətlərindən sonra belə, Akarın davamlı rəhbərlik perspektivləri şübhəyə alınır.

Türk quru qüvvələri komandanı Salih Zəki Çolakı çevriliş zamanı qiyamçılar tərəfindən nəzarətə alınan jandarma komandanı Yaşar Gülər əvəzləyəcək. Donanma rəhbəri Bülent Bostanoğlu yerini Adnan Özbala təhvil verəcək və Abidin Ünal Türk Hava Qüvvələri komandanı Həsən Kucukakyüzü əvəz edəcək.

Gülərin Quru Qüvvələri komandanlığına keçməsi onun Baş Qərargahın növbəti rəhbəri olmaq yolunun təmizləndiyini göstərir. Belə ki, çevrilişi həyata keçirənlərə münasibəti bir çoxları üçün ziddiyyətli görənən Akar gələn il vəzifəsini tərk edir.

"Al-Monitor"a danışan köşə yazarı Metin Gürcan qeyd edib ki, Gülər 15 iyul çevrilişini təşkil etməkdə günahlandırılan, Pensylvania ştatında “girov olan” Fəthullah Gülənə qarşı güclü  müxalifliyi ilə tanınır.

Gülər ötən ay Vaşinqtonda keçirilən bir seminarda çevrilişi "terrorist hərəkət", F.Güləni isə "radikal terror təşkilatının lideri” adlandırıb. Gülər həmçinin gülənçilərin milliyyətçi dünyəvi "kamalçı" zabitlərlə birləşərək həmin cəhdi etdiyini rədd edib.

“Gülənçilərin kamalçı zabitlərlə ittifaqına dair mübahisə doğru deyil, çünki gülənçilər dünyəvi zabitlərlə heç vaxt bir masa arxasında oturmazlar, üstəlik həmişə əsil şəxsiyyətlərini gizlədirlər". Bunu 63 yaşlı general, Suriyadakı türk hərbi müdaxiləsi və suriyalı üsyançılar üçün silahlı dəstəklə məşğul olan bir hərbçi bildirib.

Yüksək hərbi eşalonda yerdəyişmə çevrilişə qatılmaq ittihamı ilə təxminən 500 nəfərin məhkəmə prosesinin ikinci günü ilə üst-üstə düşüb. Gülən – iddianın əsas şübhəlisidir və qiyabi mühakimə olunur. Digərləri isə keçmiş hava qüvvələri komandiri Akın Öztürk və baş verən əməliyyatın “beyin mərkəzi” olduğu deyilən Ankaranın Akıncı hava bazasından digər komandirləridir. Prezident Rəcəb Tayyib Ərdoğan, Akar və ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu prosesdəki dinləmələrə qatılmaq üçün məhkəmə hakiminə müraciət edib.

Hərbi çevrilişi idarə edən və təşkil edən şəxslərin müzakirəsi qaçılmazdır, amma dünyəvi mediada bəzi tanınmış şəxslər kamalçıların çevrilişlə heç bir əlaqəsi olmadığını iddia ediblər. Ancaq bu cür klişelər səhv ola bilər, çünki hakimiyyət Türkiyənin qüdrətli silahlı qüvvələrindən fərqli ideologiyaya sahibdir.

Kamalçı etimadnamələri vəzifə və rütbədə yüksəlmək istəyənlər üçün uzun müddət “buraxılış vəsiqəsi” olub. Bu günün Türkiyəsində isə Ərdoğana sədaqət uğur açarıdır.

Ötən il Ali Hərbi Şura tərəfindən “təmizlənəcək”lərini bilən çox sayda gülənçi zabit çevrilişin ön planda olub, Ərdoğana qarşı çıxan digərlərinin də öz motivləri vardı. Bu izahat, Ərdoğanı devirmək üçün təhlükəsizlik xidmətlərinə və hakimiyyətə yeridilən çox sayda gülənçinin niyyəti baş tutmayıb. Bir “rəvayətə” görə, Ərdoğan çevrilişin küləyini öncədən duyub, lakin hər halda onu əsməsinə icazə verib, buna görə də düşmənlərini üstələyib.

Hər halda, Ərdoğan çevrilişdən əsl düşmənlərinə qalib gəlmək üçün bəhanə olaraq istifadə edib. NATO-nun Avropada və ABŞ-da fəaliyyət göstərən qurumlarında yerləşdirdiyi minlərlə hərbçi və məmur işdən qovulub və indi NATO-nun ikinci ən böyük ordusu olan Türk Silahlı Qüvvələrinin “çılpaq ördək” olduğu söylənilir.

Bu yaxınlarda bir Pentaqon rəsmisi “Al-Monitor“a bildirib ki, "türk hərbi birləşmələrində danışa biləcəyimiz az adam qalıb. Qalanların gözü qorxudulub".

Hazırda ən azı kağız üzərində hərbi güc artıq təhlükə deyil. Ötən ilin avqust ayında qüvvəyə minən yeni qaydalara görə, quru qüvvələri, donanma və hava qüvvələri indi mülki müdafiə nazirinə, mülki şəxsə hesabat verir. Bütün hərbi akademiyalar və liseylər qapadılıb və Milli Müdafiə Universitetinin rektoru prezident tərəfindən təyin ediləcək.

Əvvəlki dövrlərlə müqayisədə, indi dini məktəb məzunlarına hərbi təhsil icazəsi veriləcək. Beləliklə, texniki olaraq, yeni Türkiyədə, Osmanlı sultanları kimi, bir imam xəlifə və komandan ola bilər.

Ərdoğan bu titulu özü üçün saxlaya bilər.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 559




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap